Tarix : 2009 Dec 08
Kod 15225

''İrana hücuma rəsmi Bakı dəstək verməyəcək''

politoloq Rasim Ağayev bir müddət əvvəl "İsrail İrana zərbə endirmək üçün Azərbaycandan dəstək istəyib" xəbərlərinə münasibət bildirib
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin "Exo" qəzetinə istinadən verdiyi xəbərə görə politoloq Rasim Ağayev bir müddət əvvəl "İsrail İrana zərbə endirmək üçün Azərbaycandan dəstək istəyib" xəbərlərinə münasibət bildirib.

"Düşünmürəm ki, rəsmi Bakı İsrailin İrana hərbi təcavüzünə yaxşı münasibət göstərəcək. Bu mümkün deyil"-deyən Rasim Ağayev ABŞ-ın da İsrailin bu hücum planlarını tam dəstəkləməməsini bildirərək deyib: "Heç ABŞ-da da Tel-Avivin bu istəkləri qəbul edilmir. Qərbdə İrana qarşı preventiv zərbənin endirilməsinə şübhə və ehtiyyatla yanaşırlar. Çünki bu zərbəni əksər sivil cəmiyyətlər hiss edəcəkdir".

Nəzərinizə çatdıraq ki, İran İslam Respublikası dəfələrlə İran əleyhinə hücumlara yardım edən dövlətlərə də zərbə edəcəyini bildirirb.
 
  • Yazılıb
  • da (də) 2009 Dec 08