Hər il Aşura günü İstanbulun Halkalı meydanında keçirilir. Bu da dünyanın ən möhtəşəm əzadarlıq mərasimi hesab edilir
Türkiyə Servisi/Aran Agentliyi
Deyerler.orgTürkiyənin mədəniyyət naziri istəyir ki, 2010-cu ildə Avropanın Mədəniyyət mərkəzi olan İstanbulun əziz tutulması üçün İstanbulun müqəddəs günləri layihəsini hazırlasın. Aşura günü də buraya daxildir.
Hər il Aşura günü İstanbulun Halkalı meydanında keçirilir. Bu da dünyanın ən möhtəşəm əzadarlıq mərasimi hesab edilir. Orada mindən çox insan iştirak edir. Türkiyənin mədəniyyət naziri bu mərasimi daha çox tanıtmaq məqsədilə bu günü İstanbulun müqəddəs günləri sıyahısına salıb.
Bu layihəni hazırlayan şirkətin müraciətində deyilir: “İstanbul dünyanın ən sayılan şəhərindən biri olması ilə seçilir və burada müxtəlif mədəniyyətlərə və müxtəlif dinlərə aid insanlar yaşayırlar. Bu şəhər müxtəlif din davamçılarının mərkəzi olduğu üçün bu adət və ənənə nəsillərə ötürülür”.
Bu müraciətin davamında deyilir: “Hər il İstanbulda bütün dünyadan gələn insanların iştirak etdiyi çox sayda dini və mədəni mərasimlər təşkil edilir. Bu mərasimlərdən birində insanlar əzadarlıq saxlayırlar və o günün adı Aşuradır. Cəfəri şiələri İstanbulun ən qədim sakinləridir. Hər il Halkalı meydanında möhtəşəm Aşura mərasimi keçirilir. Ona görə də Aşura gününü İstanbulun müqəddəs günləri siyahısına daxil etmişik”.
Qeyd etmək lazımdır ki, bu layihədə çox sayda təbliğ edici filmlər, şəkillər və plakatlar vardır ki, dünyanın müxtəlif dillərində hazırlanmışdır və bütün Avropada nümayiş etdiriləcəkdir.