Tarix : 2009 Dec 13
Kod 15288

Səfər Əbiyev: ''Danışıqlar alınmasa, müharibə qaçılmazdır''

"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasa, müharibə qaçılmaz olacaq"
Azərbaycan Servisi/Aran Agentliyi

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasa, müharibə qaçılmaz olacaq”. Bunu Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bu gün jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, bunu hamı bilməlidir.
Nazir Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarına yeni komandanın təyin olunması barədə sualı isə belə cavablandırıb: "Bu vəzifəni general-mayor Altay Mehdiyev icra edir. Onun da heç bir problemi yoxdur”.

  • Yazılıb
  • da (də) 2009 Dec 13