Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan paytaxtında 1932-ci ildə inşa olunmuş 25 mənzildən ibarət yaşayış binasında yanğın olub. Verilən məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Ötən gün Sabunçu rayonunda 1932-ci ildə əsasən taxta konstruksiyalardan inşa edilmiş 25 mənzildən ibarət ümumi sahəsi 770 kv/m olan ikimərtəbəli italyan tipli yaşayış binasının 1-ci və 2-ci mərtəbələrində ayrı-ayrı vətəndaşlara məxsus 7 mənzilin yanar konstruksiyaları ümumilikdə 127 kv/m sahədə yanıb. Baş vermiş yanğın hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.