"Fatiməyi-Zəhra (s.ə.)" icmasının rəhbəri, məscidin polis nəzarətində olduğu və icmanın əşyalarının çölə atılması barədə xəbərləri təsdiqləmədi
Azərbaycan Servisi/Aran Agentliyi
““Fatimeyi-Zəhra” məscidinin ərazisi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ayrılıb və biz bir qarış da qanunsuz torpaq tutmamışıq”. Bunu APA.az-ya açıqlamasında “Fatimeyi-Zəhra” dini icmasının rəhbəri Tofiq Rəzizadə deyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun məscidin böyük bir ərazini tutması və həmin ərazini hasarlanması ilə bağlı ittihamlarına münasibət bildirən T. Rəzizadənin sözlərinə görə, bütün işlər qanun və rəsmi sənədlər əsasında həyata keçirilib: “İcma 1997-ci ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb, həm məscid, həm də ərazinin hasarlanması müvafiq dövlət qurumları tərəfindən təsdiq olunmuş layihədə nəzərdə tutulub. Bu ərazini isə Bakı şəhər İcra Hakimiyyəti məhz məscid üçün ayırıb”. T.Rəzizadə bildirib ki, məscidin yarımtikili kimi təqdim olunması da yanlışdır.
T. Rəzizadə onu da qeyd edib ki, problemlə əlaqədar icmanın rəhbərliyi Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşüb. Şeyx məscidin sökülməsi ilə bağlı məsələni nəzarətdə saxladığını və bunu prezidentin diqqətinə də çatdıracağını deyib: “O, həmçinin bildirib ki, “Fatimeyi-Zəhra” dini icmasının yenidən qeydiyyatı ilə bağlı sənədlərə QMİ müsbət rəy verib və sənədlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib”.
Qeyd edək ki, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında 2 saylı Yerli İqtisad Məhkəməsi məscidin sökülməsi və həmin ərazinin icra hakimiyyətinin balansına verilməsi barədə qərar çıxarıb. Apelyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.
"Fatiməyi-Zəhra (s.ə.)" icmasının rəhbəri, məscidin polis nəzarətində olduğu və icmanın əşyalarının çölə atılması barədə xəbərləri təsdiqləmədi
12 dekabr 2009, 15:55
Deyerler.orgSon günlər "Fatiməyi-Zəhra (s.ə.)" məscidi ilə bağlı yayılan ziddiyyətli məlumatların nə dərəcədə həqiqətə uyğun olub-olmamasını dəqiqləşdirmək istədik. Bunun üçün həm məscidin bilavasitə özündə baş verənlərin monitorinqini həyata keçirmək, həm də icma üzvlərindən sorğu yolu ilə real mənzərəni yaratmaq lazım gəldi.
Beləliklə, müəyyən edildi ki, məscid ətrafında təbii gərginlik və narahatçılıq yaşanmaqda davam edir. İcra nümayəndələrin və polisin vaxtaşırı əraziyə baş çəkməsi bu gərginliyin yaşanmasında əsas rol oynayır.
İcma üzvlərinin məsciddə namaz qılmaları tamamilə müşkülə çevrilib. Həmçinin, artıq neçə müddətdir ki, Allah evinin elektrik enerjisi ilə təchizatı dayandırılıb. Bir neçə gün öncə isə məscidə gedən qaz xətti də yerli qaz idarəsinin əməkdaşları tərəfindən kəsilmiş, Allah evinin qaz təminatı da dayandırılmışıdır.Deyerler.org
11 dekabr 2009,16:21
Çoxlu sayda polis işçiləri “Fatiməi-Zəhra (s.ə.)” məscidinə məxsus əmlakı çölə töküb
Deyerler.org-a daxil olan məlumata görə, Günəşli qəsəbəsindəki “Fatiməi-Zəhra (s.ə.)” məscidi ətrafında gərginliyin növbət dalğası yaşanır. Artıq neçə gündür ki, məscidin qarşısında polis postu qurulub və bura gələn inanclı insanlar məscidin daxilinə buraxılmır. Bu gün isə əraziyə böyük sayda əlavə polis qüvvələri gətirilərək, icmaya məxsus əmlakı barbar üsulla küçəyə tökürlər. Xəbər verildiyinə görə, 100-ə yaxın polis əməkdaşından əlavə, məscidə icra strukturlarının nümayəndələri də gəlib. İcma nümayəndələrinə heç bir xəbərdarlıq edilməyib və əmlakla bu cür davranışın səbəbləri açıqlanmayıb.
Mövzunu diqqətdə saxlayacayıq./Deyerler.org
Polis "Fatimeyi-Zəhra (s.ə.)" məscidinə heç kəsi buraxmır
2009-12-08 13:55
İcmanın vəkili Rövşən Şirəliyev: “Başa düşmürük, 70 minlik Yeni Günəşli əhalisinə məscid lazım deyil?.. ”
Xəbər verdiyimiz kimi, Suraxanı Rayon Qaz İstismar İdarəsinin əməkdaşları srağagün “Fatimeyi-Zəhra” (s.ə) məscidinə gələn qaz xəttini kəsiblər. Məscidin dini icmasının üzvləri qaz xəttinin kəsilməsinin qarşısını almaq istəsələr də, bu, mümkün olmayıb.
İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Barxudar Barxudarov APA-ya açıqlamasında məscidə qaz verilişinin dayandırılması barədə hər hansı göstərişin olmadığını deyib: “Qazı verən də, kəsən də Qaz İstismar İdarəsidir”. Lakin B.Barxudarov əlavə edib ki, hazırda məscid fəaliyyət göstərmədiyindən, binaya qaz verilişinin dayandırılması təbiidir. Suraxanı Rayon Qaz İstismar İdarəsinin rəhbərliyi isə məsələyə aydınlıq gətirməyib.
Məscidin dini icmasının vəkili Rövşən Şirəliyev qəzetimizə açıqlamasında artıq prezidentə teleqram vurduqlarını bildirdi: “Hazırda icma üzvlərindən 4 nəfər məscidi qoruyur və polis kimsənin məscidə yaxınlaşmasına icazə vermir. Apelyasiya Məhkəməsinin qərarı qüvvəyə minmədən gəlib qazı kəsdilər. Polis kimsənin məsciddə namaz qılmasına icazə vermir”.
R.Şirəliyevin sözlərinə görə, məscidin qaz verilişi ilə bağlı müqaviləsi var: “Bu, rayon icra hakimiyyətinin qərarıdır. 33-cü polis bölməsinin polisləri də, qaz idarəsinin əməkdaşları da bunu təsdiqlədilər”.
Vəkil həmçinin qaz idarəsində olduqlarını bildirdi: “Orda dedilər ki, bizlik deyil. Demək, icra hakimiyyətinin qaz idarəsinə dəxli varmış. Biz də ”Azəriqaz"ı məhkəməyə verəcəyimizi dedik. Apelyasiya Məhkəməsinin qərarını ala bilmədiyimizdən, indi bunu edə bilmirik. Məhkəmənin qərarı qüvvəyə minməyənə qədər məsciddə namaz qılınması qanunidir. Bunlar isə qanuna, konstitusiyaya baxmayaraq məscidin qazını kəsdilər. Bundan əvvəl işığı kəsmişdilər".
R.Şirəliyev icmanın qeydiyyatdan keçirilməsi ilə bağlı heç bir irəliləyişin olmadığını da dedi: “Biz Allahdan yapışacağıq. Dini Komitədə qeydiyyatdan keçirib-keçirməyəcəkləri barədə bizə heç nə demədilər. Başa düşmürük, 70 min əhalisi olan Yeni Günəşliyə məscid lazım deyil?”
Xatırladaq ki, 2 saylı İqtisad Məhkəməsi Suraxanı Rayon İcra Hakimiyyətinin iddiası əsasında “Fatimeyi-Zəhra (s.ə.)” məscidini məhkəməyə vermiş, məhkəmə isə məscidin sökülməsi barədə qərar qəbul etmişdi. Bundan sonra Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Hacı Allahşükür Paşazadənin ölkə prezidentinə müraciətindən sonra məscidin sökülməsinin qarşısı alınsa da, bir müddət əvvəl Apelyasiya Məhkəməsi məscid icmasının təqdim etdiyi dəlil-sübutlara məhəl qoymadan ibadət evinin sökülməsi qərarını qüvvədə saxladı. Bu isə məscidin sökülməsinin qarşısının alınması üçün artıq heç bir hüquqi əsasın qalmadığını göstərir.
Maraqlıdır ki, hazırda şeyx ölkədə deyil və Almaniyada müalicə alır. Bəzi məmurların bundan istifadə edərək məscidin sökülməsi ilə bağlı hərəkətə keçdiklərini düşünənlər var. Nailə RÖVŞƏNQIZI
/musavat.com/
“Azəriqaz” nümayəndələri "Qədir-Xum" bayramı günü “Fatimeyi-Zəhra (s.ə)” məscidinin qazını kəsdi
Suraxanı rayon Qaz İstismar İdarəsinin əməkdaşları “Fatmeyi Zəhra” məscidinə gələn qaz xəttini kəsiblər. Məscidin dini icmasından APA-ya verilən məlumata görə, ötən gün axşam saatlarında məscidə gələn idarənin əməkdaşları bu tapşırığın Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verildiyini bildiriblər. Dini icmanın üzvləri qaz xətinin kəsilməsinin qarşısını almaq istədikdə əraziyə polis çağırılıb. Qaz xətti kəsildikdən sonra isə məscidin girişində polis postu qurulub, məscidə heç kim buraxılmır. Məsələ ilə bağlı icma rəhbərliyi bu gün ölkə prezidentinə yenidən müraciət edib.
Qeyd edək ki, bu ilin may ayından məscidə gələn elektrik xətti də kəsilib.
Suraxanı rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Barxudar Barxudarov isə APA-ya bildirib ki, məscidə qaz verilişinin dayandırılması barədə icra hakimiyyətinin heç bir göstərişi olmayıb: “Qazı verən də, kəsən də Qaz İstismar İdarəsidir”. B. Barxudarov onu da qeyd edib ki, hazırda məscid fəaliyyət göstərmir, buna görə də qaz verilişinin dayandırılması təbiidir.
Suraxanı rayon Qaz İstismar İdarəsinin rəhbərliyi isə məsələyə aydınlıq gətirməyib.
Qeyd edək ki, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında 2 saylı Yerli İqtisad Məhkəməsi məscidin sökülməsi və həmin ərazinin icra hakimiyyətinin balansına verilməsi barədə qərar çıxarıb. Apelyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. apa.az
7 dekabr 2009,13:21
“Azəriqaz” nümayəndələri "Qədir-Xum" bayramı günü “Fatimeyi-Zəhra (s.ə)” məscidinin qazını kəsdi
Dünən axşam saatlarında “Fatimeyi-Zəhra (s.ə)” məscidinə gedən qaz xətti kəsilib. Bu haqda məlumatı məscidin yerləşdiyi Yeni Günəşlidəki sakinlərdən almışıq. Sakinlər bildirdilər ki, dünən axşam saatlarında “Azəriqaz” Açıq Səhmdar Cəmiyyətinin işçiləri bir qrup polislə məscidin yerləşdiyi ünvana gələrək, məscidə çəkilən qaz xəttini kəsiblər.
Onlar qaz xəttinin bağlanmasını məscidin sökülməsi istiqamətində ilk addım kimi dəyərləndirirlər.
Xatırladaq ki, 2 saylı İqtisad Məhkəməsi Suraxanı Rayon İcra Hakimiyyətinin iddiası əsasında “Fatimeyi-Zəhra (s.ə.)” məscidini məhkəməyə vermişdi. Məhkəmə isə məscidin sökülməsi barədə qərar qəbul etmişdi. Bir müddət əvvəl isə Apellyasiya Məhkəməsi məscid icmasının təqdim etdiyi dəlil-sübutlara məhəl qoymadan Allah evinin sökülməsi qərarını qüvvədə saxladı. Bu isə məscidin sökülməsinin qarşısının alınması üçün artıq heç bir hüquqi əsasın qalmadığını göstərir.