Tarix : 2009 Dec 15
Kod 15315

İranın sualtı gəmiləri xüsusi silahlarla təchiz olunub

İranın "Əl-Qədir" adlı sualtı gəmiləri xüsusi silahlarla təchiz olunub və bundan başqa, həmin gəmilərdə lazım olan əməliyyatların həyata keçirilməsi üçün xüsusi təyinatlı hərbi dəstələr var
İİR Servisi/Aran Agentliyi
   “Yeni Şərq”in verdiyi məlumata əsasən, İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandiri Həbibullah Səyyari bildirib ki, İranın "Əl-Qədir" adlı sualtı gəmiləri xüsusi silahlarla təchiz olunub və bundan başqa, həmin gəmilərdə lazım olan əməliyyatların həyata keçirilməsi üçün xüsusi təyinatlı hərbi dəstələr var.
    "İran HDQ hazırda İranın daxili istehsalı olan "Əl-Qədir", "Nuh", "Yunis" və "Tariq" sualtı gəmilərdən istifadə edir. "Əl-Qədir" adlı sualtı gəmilər iki gün öncə HDQ-nin istifadəsinə verilib", - Səyyari deyərək, bildirib.
    O, xüsusi silahların mahiyyətini açıqlamayıb.
“Yeni Şərq”
  • Yazılıb
  • da (də) 2009 Dec 15