Azərbaycan xarici işlər naziri də öz növbəsində, regionun təhlükəsizliyinin təmin olunmasına hər hansı kənar qüvvənin müdaxiləsinin yolverilməzliyini vurğulayıb
Azərbaycan Servisi/Aran Agentliyi
İranda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub. S. Cəlili regionda təhlükəsizlik məsələlərinə kənar qüvvələrin müdaxiləsinin yolverilməz olduğunu bildirib: “Qafqaz və Xəzər regionunda təhlükəsizlik məsələləri yalnız region ölkələrinin işidir. İran-Azərbaycan ikitərəfli təhlükəsizlik əlaqələri də bu baxımdan xeyli əhəmiyyət kəsb edir. İki ölkə arasında təhlükəsizlik sahəsində mütəmadi əməkdaşlıq həyata keçirilir”.
Azərbaycan xarici işlər naziri də öz növbəsində, regionun təhlükəsizliyinin təmin olunmasına hər hansı kənar qüvvənin müdaxiləsinin yolverilməzliyini vurğulayıb. İki ölkə arasında münasibətlərin qardaşlıq və yaxın qonşuluq səviyyəsində olduğunu qeyd edən E. Məmmədyarov rəsmi Bakının Tehranla əməkdaşlığın inkişaf yollarını araşdırdığını bildirib.