Azərbaycanla Türkmənistan arasında ixtilaflı neft yataqlarını Mossadın yüksək rütbəli zabiti Yosif Meymanın “Merhav” Şirkəti istismar edəcək
Azərbaycan Servisi/Aran Agentliyi
Son illər ərzində Azərbaycan Respublikasında müxtəlif bəhanələrlə özünün xərçəngvari nüfuzunu bu ölkədə geniş yayan Sionist rejimin casus təşkilatı olan Mossad Sionist rejim və Ərəbistanın iki ayrıca neft şirkətinin himayəsi altında Bakıya etdiyi açıq-aşkar xəyanətdə Türkmənistanı Azərbaycan Respublikası ilə ixtilaflı neftinin yatağının mülkiyyətində himayə edib. Amerikanın UPİ xəbər portalının məlumatına görə, Sionist rejimin casusluq xəfiyyə orqanı Mossadın sabiq yüksək rütbəli zabitlərindən olan Yosİf Meyan tərəfindən təşkil olunmuş Merhav şirkəti Ərəbistan kralının övladına aid Petrosəudi şirkətinin əməkdaşlığı ilə Azərbaycanla Türkmənistanın ixtilaflı olduğu neft yatağında kəşfiyyat əməliyyatı işində Aşqabad ilə müqavilə imzalayıb. Bu məlumata görə, Merhav Şirkətinin prezidenti və Mossadın yüksək rütbəli zabiti Yosif Meyman Sionist rejimin Türkmənistanda 1-ci səfirinin təyin edilməsində də başlıca rol oynayıb və Sionist rejimin prezidenti Şimon Peres və bu qeyri-legitim rejimin xarici işlər naziri Aviqdor Liberman Mossadın bu keçmiş məmurunun tövsiyəsi əsasında Rivoin Diniyanı Sionist rejimin səfiri olaraq Aşqabada göndəriblər.
Merhav neft şirkətinin prezidenti, habelə keçmişdə Moskvada Sionist rejimin xarici casusluq əməliyyatının zabiti olmuşdur və 1996-cı ildə casusluğu ifşa olduqdan sonra Rusiyadan qovulub.
Qeyd edək ki, Sionist rejimin həmin casusluq orqanı yəni Mossad Azərbaycan Respublikasında müxtəlif şirkətlər adı altında, o cümlədən kənd təsərrüfatı, təhsil, hətta tibb layihələrində casusluq fəaliyyətləri ilə məşğuldur.