İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqların istehsalı ilə məşğuldur və onlar artıq 2011-ci ilin martında fəaliyyətə başlayacaqlar
İİR Servisi/Aran Agentliyi
İslam-Azeri.az İnternet qəzetinin FARS agentliyinə istinadən verdiyi məlumata əsasən, İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqların istehsalı ilə məşğuldur və onlar artıq 2011-ci ilin martında fəaliyyətə başlayacaqlar.
Bu barədə İslam Respublikasının Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.
Yeni sentrifuqlar İR3 və İR4 adlandırılıb.
Xatırladaq ki, İran 6 mindən artıq sentrifuqa malikdir.