İran prezidenti dünyada hökm sürən böhranı kapilazim və imperializm ilə əlaqələndirib
İİR Servisi/Aran Agentliyi
FaktXəbərin " Press Tv" telekanalına istinadən verdiyi məlumata görə, Danimakranın paytaxtı Kopenhagendə iqlim dəyişikliyinə həsr olunan beynəlxalq konfrans, bu gün öz işini yekunlaşdırır. İki həftə davam edən və vahid mövqeyə gəlməyən toplantıda bütün ümüdlər bu günə bağlanıb. Lakin çoxları konfransda konkret qərarların qəbulana şübhə ilə yanaşır. Qeyd edək ki, adı çəkilən konfransda iştirak edən İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad, yetkin qərarın qəbul olunması üçün ölkələri Kioto protokolunu imzalamağa çağırıb. İran prezidenti həmçinin dünyada hökm sürən böhranı kapitalizm və imperializm siyasəti ilə əlaqələndirib. O, Əfqanıstan, İraq, Pakistanda ABŞ hərbçilərinin mövcud olmasının həmin regionda sabitliyin pozulmasına səbəb olduğunu önə çəkib. Nəzərinizə çatdraq ki, Konfrnasın keçirildiyi bir vaxtada Kopenhagen küçələrinə çıxan qloballaşma əleyhidarları dünya liderlərini iqlim dəyikliyiinin qarşısına alamq üçün razılığa gəlməyə çağırıblar. Qrinpis təşkialtının üzvüləri isə Danimraka kraliçasının toplantı iştirkaçlıranın şərəfinə verdiyi şam yeməyi zamanı qarşıqlıq salmağa çağırıblar. Ziyafət geyimində olan təşkilatın 2-i üzvü əsas qonaqlarla birlikidə Kristiansborq sarayana daxil olublar. Əllərində plakatlar tutan aksiya iştirakçılarını təhlükəsizlik qüvvələri tez bir zamanda zaldan çıxardıblar