ADP-nin mətbuat xidmətin saytımıza verilən məlumata görə, Azərbaycanın aparıcı müxalifət partiyaları Avropa Şurasının bələdiyyə seçkiləri üzrə müşahidə missiyası ilə görüşdən növbəti dəfə imtina edib
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanın aparıcı müxalifət partiyaları Avropa Şurasının bələdiyyə seçkiləri üzrə müşahidə missiyası ilə görüşdən növbəti dəfə imtina edib. Bu barədə ADP-nin mətbuat xidmətinə daxil olan məlumatda daha sonra bildirilir ki, bu addım Avropa Şurası missiyası rəhbərlərinin seçkilərlə bağlı qeyri obyektiv və qeyri səmimi mövqe nümayiş etdirməsinə, siyasi etika normalarına riayət etməməsinə və bütövlükdə AŞ-ın Azərbaycanın demokratikləşməsində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməməsinə etiraz əlaməti olaraq atılıb. Xatırladaq ki, bu görüşə ADP, Müsavat, Ümid və Azadlıq blokuna daxil olan partiyalar dəvətli idi.