Tarix : 2009 Dec 19
Kod 15362

Albert Eynşteyn İnstitutu və İrana qarşı yeni planlar

.
İİR Servisi/Aran Agentliyi
“Məcazi Fəza” fars xəbər agentliyinin məlumatına görə, İranın düşmənləri "sərt" üslubla İslam inqilabını parçalıya bilmədikləri üçün, "yumşaq" üslublara əl atıblar. Bu yazıda təlim-tərbiyə proqramları sahəsində fəaliyyət göstərən tanınmış Amerika institutlarından biri haqqında söz açmaq istərdik. Məhz bu İnstitut hazırda İranda hakimiyyəti devirmək istiqamətində "yumşaq" üslubda yeni proqramlar üzərində çalışır və onun icra mexanizmini işləyir.
Qeyd edək ki, Eynşteyn İnstitutu (The Albert Einstein Institution) daha çox seçkilərlə bağlı teorik məsələlər üzərində işləyir. Bu müəssisə Cin Şarp tərəfindən təsis olunub. Onun hal-hazırda 80-ə yaxın yaşı var.
Əslən Amerikalı olan Şarp, özünün dediyinə görə, artıq 50 ildir ki, yenilik gətirən rəsmi və qərəzsiz işlərlə məşğuldur.
Həqiqətən də, çox təəccüblüdür ki, Albert Eynşteyn kimi dünya şöhrətli fizikin adını belə bir quruma qoyublar. Bu institut “qərəzsiz addımlar” adı altında maskalanaraq fəaliyyət göstərir.
İnstitut bir çox ölkələrdə döyüşçü ruhiyyəli yeni bir gənc nəslin formalaşmasında mühüm rol oynamışdır. Zənnimizcə, əgər Eynşteynin özü sağ olsaydı, belə bir vəhşi addımlara yol verməzdi. Amma onun adını daşıyan bir qurum ən qəddar addımlar atmaqdan belə, şəkinmir.
“Buş Çavezin əleyhinədir” adlı kitabda Venesueladakı Çavez hökumətinin Amerika dövləti tərəfindən zəiflədilməsi barədə fikirlər irəli sürülür. Bu kitab çap olunduqdan sonra Albert Eynşteyn İnstitutunun rəhbəri Cin Şarp əsərin müəllifini təhdid etmişdir. Kitabın müəllifinin dediyinə görə, qurum rəhbərlərindən biri e-mail vasitəsilə onu təhdid edərkən, Eynşteyn İnstitutunun Venesuelada təxribat törətmək üçün Amerika dövləti tərəfindən qrant aldığını təsdiqləmişdi.
Şarp da Eynşteyn İnstitutunun Demokratiyaya Milli Yardım (NED) Fondundan və Beynəlxalq Respublikaçılar (İRİ) İnstitutundan qrant aldığını söyləmişdir. Bu büdcələrin mənbəyi barədə Eynşteyn İnstitutunun illik planında qeydlər edilib. Belə nəticə almaq olar ki, əgər biz bu İnstitutun Amerika dövləti ilə heç bir əlaqəsi olmadığını desək, yalan danışmış olarıq.
Qeyd etmək lazımdır ki, Eynşteyn müəssisəsi “Gizli Müharibələr” lahiyəsinin müdafiəsi məqsədilə 1983–cü ildə ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan tərəfindən yaradılmışdır.
Cin Şarp amerikalı olduğu və dövlət təhlükəsizlik orqanları ilə yaxından əməkdaşlıq etdiyi üçün adətən ondan belə bir müəssisələrin yaradılması və fəaliyyəti üçün istifadə edirlər.
Cin Şarp müsahibələrinin birində deyib: “Çindəki Tiyan Anmen dairəsindəki hadisədən iki həftə öncə mən Çinə səfər etmişdim...”. O, təsadüfən hadisə zamanı həmin meydanda olmuş və ətrafdakıların köməyi ilə canını qurtara bilmişdi. Şarp Vyetnamda da olub.
Beləliklə, Cin Şarp bu sahə üzrə dəqiq təcrübələrə malikdir. O, praktiki və teorik mövzular barəsində bir neçə kitab yazmışdır. Bu gün Cin Şarpı təlim-tərbiyə sahəsində praktiki və teorik mövzuların atası adlandırılır. Son 30 ildə Qərbin bir çox mərkəzləri İranda İslam quruluşunu devirmək məqsədilə müxtəlif layihələr hazırlayıb və həyata keçirib, lakin bu bahalı layihələrin heç biri öz bəhrəsini verməyib. İndi də İrana qarşı yeni, yumşaq və fərqli üslubda planlar hazırlanır. Lakin İran gerçəkliyini nəzərə alaraq bəri başdan proqnoz vermək olar ki, yüzlərlə digər layihələr kimi, bu layihə də nəticəsiz qalacaq və İslam dövlətçiliyinə son qoymaq istəyən dairələrin niyyətləri puça çıxacaq. Hər halda, son üç onillikdə baş verənlər bunu deməyə əsas verir.
 
“Haqq Yolu”
  • Yazılıb
  • da (də) 2009 Dec 19