Artıq Məhərrəm-Səfər əyyamıdır. Əhli-beyt (ə.s.) vətəni Azərbaycanda da ölkənin hər yerində bu matəm, İmam Hüseyn (ə) əzadarlığı geniş qeyd edilməkdədir.
Azərbaycan Servisi/Aran Agentliyi
Lənkəran sakinlərindən ilahiyyatçı-alim Seyyid Elman Ağayev Lənkəran şəhərində keçirilən matəm mərasimlərindən söz açarkən Deyerler.org-a demişdir: “Bismillahir Rəhmanir Rəhim! Əba Əbdillah İmam Hüseynin (ə) əza ayı vətənimizdə qeyd olunur. Həmçinin Lənkəranın özündə, şəhərdə, kəndlərdə, bizim dəqiq məlumatımız vardır ki, bütün məscidlərdə matəm mərasimləri başlayıb. Elə bir məscid yoxdur ki, orada əzadarlıq yoxdur. Hal-hazırda şəhərin Böyük Bazar, Kiçik Bazar, İmam Hüseyn (ə) və digər məscidlərində hər axşam “Ziyarəti Aşura” oxunur, İmam Hüseynin (ə) haqqında söhbətlər olunur, xütbələr oxunur. Sonra da qədim əzadarlıq ənənələrimizə uyğun olaraq əzadarlıqlar keçirilir. Həmçinin Lənkəranda qədim dövrlərdə olduğu kimi evlərdə də təkiyələr qurulub. Bu təkiyələr keçmiş SSRİ dövründən mövcud olub, hal-hazırda da belə təkiyələrin qurulması davam etdirilir və burada xeyli insanlar toplaşır. Orada da həmçinin məscidlərdə olduğu kimi İmam Hüseynin (ə) həqiqi yolundan söhbətlər açılır. Şükür Allaha, cəmiyyətimiz də Lənkəranda əyyamın birinci günündən matəmə riayət edir. Bazarlardan musiqi səslərinin azaldılması və bir çox yerlərdə matəm sədalarının səsləndirilməsi aşkar surətdə Məhərrəm-Səfər əyyamının daxil olmasını göstərir”.
Xatırladaq ki, Məhərrəm ayının 10-cu günü sevgili İslam Peyğəmbərinin (s) nəvəsi, İmam Hüseyn (ə) Yezid ibni Müaviyə (lən.) tərəfindən şəhid edilmiş, Əhli-Beyti (ə) isə əsir götürülmüşdür. Bu hadisə tarixə Kərbəla müsibəti və Aşura günü kimi daxil olmuş və hər il dünyada geniş qeyd edilir.
********
Şeyx Nizaminin yurdu Gəncə şəhər sakinlərindən ilahiyatçı Hacı Şahin Arazov da qədim Gəncədə keçirilən matəm mərasimlərindən söz açarkən Deyerler.org-a demişdir: “İnşaallah, Gəncədə məscidlərdə Aşura qabağı hazırlıqlar gedir. Məhərrəm ayı ilə bağlı hər gün axşam əzadarlıqlar keçirilir, moizələr edilir. İnşaallah, Tasura və Aşura günlərində şəhərdaxili yürüşlər, dini məkanlarda və küçələrdə, İmamzadədə və camaat arasında matəm mərasimləri olacaqdır. Aşura ərəfəsi əzadarlıqlar da davam edir. Çalışırıq İmam Hüseynə (ə) layiq əzadarlıq edək, mərasimlərimizi keçirək. Hər bir şey yaxşıdır, öz axarı ilə gedir. Allah bütün Azrəbaycan xalqına İmam Hüseynə (ə) layiq Əhli-Beyt (ə) yolçularından qərar versin! Amin”!
Xatırladaq ki, Məhərrəm ayının 10-cu günü sevgili İslam Peyğəmbərinin (s) nəvəsi, İmam İmam Hüseyn (ə) Yezid ibni Müaviyə (lən.) tərəfindən şəhid edilmiş, Əhli-Beyti (ə) isə əsir götürülmüşdür. Bu hadisə tarixə Kərbəla müsibəti və Aşura günü kimi daxil olmuş və hər il dünyada geniş qeyd edilir.
********
Goranboy şəhər sakini və inanclılarından Hacı Rauf Axundov Goranboyda keçirilən matəm mərasimlərindən söz açarkən Deyerler.org-a demişdir: “Hər il olduğu kimi məscidlərdə insanlarımız əzadarlıqlara başlayıblar. İmam Hüseynin (ə) matəmi münasibətilə mərsiyyələr deyilir, nohələr oxunur. Məhərrəm-Səfər əyyamının ənənələrinə uyğun mərasimlər keçirilir. Hər il Goranboyda belə məclislər keçirilir”.
Xatırladaq ki, Məhərrəm ayının 10 günü sevgili İslam Peyğəmbərinin (s) nəvəsi, İmam Hüseyn (ə) Yezid ibni Müaviyə (lən.) tərəfindən şəhid edilmiş, Əhli-Beyti (ə) isə əsir götürülmüşdür. Bu hadisə tarixə Kərbəla müsibəti və Aşura günü kimi daxil olmuş və hər il dünyada geniş qeyd edilir.
********
Yevlax şəhər sakini və inanclılarından Hacı Rami Quliyev Yevlaxda keçirilən matəm mərasimlərindən söz açarkən Deyereler.org-a demişdir: “Dünəndən etibarən Yevlax şəhər Cümə məscidində məhərrəmliyə aid söhbətlər başlayıb. Aşuraya qədər hər gün axşam məclislər olacaq, əzadarlıq saxlanacaq. İnşaallah, Aşura günü də hər il olduğu kimi Yevlaxda geniş mərasimlər keçiriləcəkdir”.
Xatırladaq ki, Məhərrəm ayının 10 günü sevgili İslam Peyğəmbərinin (s) nəvəsi, İmam Hüseyn (ə) Yezid ibni Müaviyə (lən.) tərəfindən şəhid edilmiş, Əhli-Beyti (ə) isə əsir götürülmüşdür. Bu hadisə tarixə Kərbəla müsibəti və Aşura günü kimi daxil olmuş və hər il dünyada geniş qeyd edilir.