Tarix : 2009 Dec 20
Kod 15384

QAT: ''Azərbaycan hərb yolunu seçməlidir''

Qarabağ Azadlıq Təşkilatı bölgələrdə Qarabağ müzakirələrini davam etdirir. Bu gün Tərtər şəhərində növbəti Dəyirmi Masa keçirilib
Azərbaycan Servisi/Aran Agentliyi
Qarabağ Azadlıq Təşkilatı bölgələrdə Qarabağ müzakirələrini davam etdirir. Bu gün Tərtər şəhərində növbəti Dəyirmi Masa keçirilib. Tədbirdə QAT sədri Akif Nağı, təşkilat rəhbərliyinin digər nümayəndələri, QAT-ın Bərdə, Ağdam, Tərtər şöbələrinin rəhbərləri, bölgədə fəaliyyət göstərən digər ictimai və siyasi qurumların nümayəndələri, ziyalılar, məcburi köşkünlər iştirak ediblər. Tədbir iştirakçıları Qarabağ məsələsi ətrafında yaranmış son vəziyyəti, təklif olunan “Madrid prinsipləri”ni və digər məsələləri müzakirə ediblər. Tədbirdə aşağıdakı məslələrlə bağlı ümumi qərar qəbul olunub.

1. Azərbaycan “Madrid prinsipləri” əsasında aparılan danışıqlardan imtina etməlidir.

2. Azərbaycan Minsk qrupu həmsədrlərinin vasitəçiliyindən imtina etməlidir. Dağlıq Qarabağdakı qondarma rejimə birbaşa yardım ayıran ABŞ-ın, işğalçı Ermənistanla hərbi müttəfiqlik edən edən Rusiyanın, açıq-aydın ermənipərəst mövqedə dayanan Fransanın vasitəçiliyi müsbət nəticəyə gətirə bilməz.

3. Azərbaycan hakimiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün ləngimədən hərb yolunu seçməli, müharibəyə başlamalıdır.

4. Azərbaycanın bütün ictimai-siyasi qüvvələri müharibə variantına dəstək verməlidir.

5. Toplantı iştirakçılarının hər biri işğalçı Ermənistana qarşı müharibəyə hazır olduğunu bəyan edir.
Tədbir sona yetdikdən sonra iştirakçılar birlikdə Tərtər şəhərindəki Şəhidlər abidəsini ziyarət etmiş, gül dəstələri qoymuş, dualar oxumuşlar.

Xatırladaq ki, ötən ay Qarabağ Azadlıq Təşkilatının üzvləri Quba-Xaçmaz bölgəsində olmuş, Qarabağ müzakirələri keçirmişlər.
 
  • Yazılıb
  • da (də) 2009 Dec 20