Telekanallarda Məhərrəm ayının mahiyyətini kölgədə qoymaq üçün Azərbaycanda da bəzi telekanallarda sionistlərin vəhabi donu altında şübhələri Əhli Beyt davamçıları olan xalqımızın zehnlərinə atılır
Azərbaycan Servisi/Aran Agentliyi
Məhərrəm ayı gəldikdə sionistlərin təbliğat maşınları işə düşür.
Artıq telekanallarda və digər mətbuatda bununla bağlı çıxışlara da rast gəlinir.
Bu şeylərin kökünə baxdıqda isə əsas hədəfin Aşura mahiyyətindən insanları uzaq salmaq olduğunu görürük.
Telekanallarda Məhərrəm ayının mahiyyətini kölgədə qoymaq üçün Azərbaycanda da bəzi telekanallarda sionistlərin vəhabi donu altında şübhələri Əhli Beyt davamçıları olan xalqımızın zehnlərinə atılır.
Teleserialların təsirinin istədikləri kimi olmadığını görən sionistlər artıq verilişlərdə Azərbaycan qadınının, gəncinin, bir sözlə millətin qəlbinə şübhə toxumu atmaq üçün satılmış sionist nökərlərindən istifadə edirlər.
Əlbəttə ki, bunlar sionistlərin Bakıdakı "səsgücləndiriciləridir".
Məsələn: "Məhərrəm ayında kim deyir toy etmək olmaz? Biz bu gün toy edəcəyik" və bu kimi fikirlər sovet dövrlərində ikən Məhərrəm ayında İslam Peyğəmbərinin hörmətini saxlayan Azərbaycan xalqının qəlbində şübhə toxumu atmaq məqsədi daşıması artıq göz qabağındadır.
Biz bunu sionistlərin yeni hədəfi kimi qəbul edirik. Üzümüzü isə nökərçilik edən, özünü vəhabi kimi aparan istər aparıcı, istərsə də "millət" vəkillərinə tutub deyirik: "Rus imperiyası Məhərrəmi xalqımızın qəlbindən silə bilmədi. Sizin kimilər də rusların nökərləri kimi tarixin zibilliklərinə atılacaqsınız. Ölkəyə Məhərrəmlə bağlı gətirilən əzadarlq atributlarını qaçaqmalçılıqla gətirilməsi fikirləri və bu kimi sözlərin müəlliflərini isə ciddi qəbul etmirik. Məgər bu atributları Azərbaycanda istehsal etmək çətindir? Məhərrəmi hədəfə alanlara isə son olaraq "başlarından böyük" sözlər danışmamağı məsləhət görürük."