Regionlarda çox ucuz, hətta kiloqramı 50 qəpiyə yerli əhalidən alınan murdar ətlər paytaxta gətirilir
Azərbaycan Servisi/Aran Agentliyi
Deyerler.Org Artıq neçə müddətdir ki, Azərbaycanın müxtəlif rayon və şəhərlərindən ölərək murdar olmuş heyvan ətlərinin satışı haqda xəbərlər ölkə gündəmindən düşmür. Regionlarda çox ucuz, hətta kiloqramı 50 qəpiyə yerli əhalidən alınan murdar ətlər paytaxta gətirilir. Artıq bu mövzu ölkə ictimaiyyətinin ciddi narahatlığına səbəb olmaqdadır. Bu haqda bir sıra aidiyyəti dövlət orqanlarına müvafiq müraciətlər edilsə də heç bir müraciətlərə cavab verilmir. Bunu Deyerler.org-a açıqlamasında Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirmişdir: “Heç bir rəsmi məlumat, açıqlama verilmir. Yalnız 8 KM bazarının baytarı mənim ünvanıma çox təhqiramiz ifadələr səsləndirib. Mən də deyirəm ki, bu işlə məşğul olacağıq. Biz bazarlarda monitorinqlər aparacağıq. Bazarlarda hələ çox şeylər var.”
Vəziyyətlə bağlı müvafiq iki rəsmi quruma müraciətlər etdiyini deyən E.Hüseynov bundan 20 gün keçməsinə rəğmən hələ cavab almadıqlarını deyir: “Onu da qeyd edim ki, biz Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyi və Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinə bazardakı vəziyyət və monitorinqlərin nəticələri barədə rəsmən məlumat vermişik. Təəssüflətr olsun ki, 20 gündür ki, məktubları vermişik, hələ ki, rəsmi bir cavab yoxur. O cavablar veriləndən sonra biz daha sərt tədbirlərə əl atacağıq”.
Xatırladaq ki, son vaxtlar ölkədə, xüsusən də paytaxtda murdar ətlərin satışı ilə bağlı ciddi siqnallar gəlməkdədir. AİB-nin bazarlarda apardığı monitorinqlər zamanı o da aşkar olunmuşdur ki, hazırda belə ətlərin hətta 8-ci KM bazarında insanlara satılması faktı da mövcuddur. Rəsmi qurumlar isə hələki fakta susurlar.