Azərbaycan Servisi/Aran Agentliyi
“Peyğəmbərimiz Məhəmməd” məscidinin yerlə yeksan edilməsindən sonra Neft daşlarındakı məscidin dağıdılması xəbərləri yayılsa da, o bölgəyə gediş-gəlişin məhdud olması ilə əlaqədar video görüntü əldə etmək olduqca çətin idi.
Lakin bir neçə ay keçməsinə baxmayaraq İslam-Azeri.az inetrnet qəzeti Neft daşlarındakı məscidin dağıdılmasının videosunu da izləyicilərinin diqqətinə çatdırır.
Qeyd edək ki, “Peyğəmbərimiz Məhəmməd” məscidinin dağıdılmasının video görüntüləri də məhz İslam-Azeri.az internet qəzetinin vasitəsilə internetdə yayılmışdır.
“Fatimeyi Zəhra” məscidinin sökülməsinə dair verilən qərarın hələ də ləğv edilməməsi isə, Azərbaycanda üçüncü məscidin dağıdılması təhlükəsini hələ də yaşatmaqdadır.
Sözü gedən məscidinin artıq qazla təchizatı dayandırılmışdır.
Odur ki. hər an bu ibadətgahın da yerlə yeksan edilməsi faciəsi yaşana bilər.