Hazır olan kimi bizə məlumat veriləcəkdir”.
Xatırladq ki, 2009-cu ilin noyabr ayının 25-də Apelyasiya Məhkəməsi Bakı 2 saylı Yerli İqtisad Məhkəməsinin məscid haqqında qərarını qüvvədə saxlamışdır
Azərbaycan Servisi/Aran Agentliyi
Bu haqda Deyerler.org-a açıqlamasında "Fatiməyi-Zəhra (s.ə.)" məscidinin dini icmasının rəhbəri Seyyid Tofiq Rəsizadə bildirmişdir. Yeni Günəşli əhalisinin, o cümlədən məscid icmasının hər il əzadarlıq məclislərini keçirdiyini xatırladan Seyyid T.Rəsizadə Deyerler.org-a bildirmişdir ki, bu il də məscid icmasının bu mərasimləri keçirə bilməsi üçün müvafiq müraciətlər edilmişdir: “Bismillahir Rəhmanir Rəhim! Məscidimiz bağlı olmasına baxmayaq hər il olduğu kimi biz İmam Hüseyn (ə) məclislərini keçiririk. Məsciddə Tasura və Aşura mərasimlərinin keçirilməsi üçün bir sıra aiddiyyəti orqanlara müraciətlər etmişik. O cümlədən DİN və MTN-nin yerli strukturlarına, Suraxanı RİH-ə, DQİDK sədri H.Orucova, QMİ sədri A.Paşazadəyə rəsmən müraciətlər ünvanlamışıq. Bu haqda həmçinin ölkə başçısına, prezident İ.Əliyevə internet vasitəsilə teleqram da yollamışıq. Müraciətlərimizdə bütün əlaqə nömrələrimizi də qeyd etmişik ki, Aşura günü ilə əlaqədər biz mərasimlərimizi keçirə bilək”. Müraciətlər çox yaxın zamanda edildiyindən hələki hər hansı reaksiya gəlmədiyini vurğulayan Seyyid T.Rəsizadə prosesin davamını gözlədiklərini bildirdi. Apelyasiya Məhkəməsinin qərarının əldə edilməsi ilə bağlı icma sədri bildirmişdir: “Ötən ayın 25-də qərar verilib. Sizdən öncə bizim işimizi aparan hakim Vaqif Mursaqulovun köməkçisi Əli müəllimlə əlaqə saxladıq. Bildirdi ki, qərar hələ hazır deyil. Hazır olan kimi bizə məlumat veriləcəkdir”.
Xatırladq ki, 2009-cu ilin noyabr ayının 25-də Apelyasiya Məhkəməsi Bakı 2 saylı Yerli İqtisad Məhkəməsinin məscid haqqında qərarını qüvvədə saxlamışdır. Çıxarılan qərarda tikilmiş məscidin sökülməsi, məscid icmasının isə məscidin yerləşdiyi ərazidən çıxarılaraq məscid torpaqlarının Suraxanı RİH-nin balansına keçirilməsi nəzərdə tutulur.