İstanbulda, Ankarada və digər şəhərlərdə Aşura məclisləri geniş şəkildə keçiriləcək
Türkiyə Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin Türkiyə müxbirinin verdiyi xəbərə görə İstanbulda, Ankarada və digər şəhərlərdə Aşura məclisləri geniş şəkildə keçiriləcək.
Ankaradakı müxbirimizin məlumatına görə paytaxtda "Kərbəla və dünya məzlumlarına dəstək" adlı tədbir keçiriləcək.
Bu tədbir Hilal TV-ilə canlı yayımlanacaq.
Tədbirdə Türkiyəli alim Musa Aydın və İran İslam İnqilabının rəhbəri Ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Höccətul-islam vəl muslimin Seyyid Əli Əkbər Ocaq Nejad çıxış edəcək.
Tədbirdə Fələstinlilərə yardım kompaniyası da keçiriləcək.
Qeyd edək ki, tədbir "Babu Əli" vəqfi tərəfindən təşkil olunacaq və yerli vaxtla 15:00-da başlayacaq.