Tarix : 2009 Dec 25
Kod 15454

Hüseyn məndəndir və mən də Hüseyndənəm

Peyğəmbərin (s) mübarək buyuruşunu səsləndirmişdir: “Hüseyn məndəndir və mən də Hüseyndənəm ”.
Azərbaycan Servisi/Aran Agentliyi

1 Məhərrəm 1431 ci il - 18 dekabr 2009-cu il tarixində İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə

möminlər və möminələr növbəti cümə namazını qılmışlar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini

dinləmişlər.

Cümə xütbələrinin ilkində cümə xətibi, o cümlədən, ilk olaraq özünə və sonra cümə namazı iştirakçılarına ilahi təqvaya riayət etməyi tövsiyə etdi.

Xətib ilk olaraq Məhərrəm-Səfər əyyamının daxil olmasına vurğu edərək artıq daxil olmuş Məhərrəm ayının əməli təqva ayının rəmzi olduğunu

bildirmişdir. “Məhərrəmdə Əba Əbdullah (ə) təqvanı əməli olaraq nümayiş etdirmişdir”, - deyən xətib, Kərbəla məktəbinin banisi haqda Həzrəti

Peyğəmbərin (s) mübarək buyuruşunu səsləndirmişdir: “Hüseyn məndəndir və mən də Hüseyndənəm ”.

Mübarək hədisin açılışında xətib bildirdi: “Bu buyuruşla Peyğəmbərimiz (s) İmam Hüseynin (ə) kimliyini çatdırır. Birinci hissədə Peyğəmbər (s)

Hüseynin (ə) kimliyini tanıdır, özünə aid olmasını bildirir. Buna görə də Əba Əbdillaha (ə) xüsusi ehtiram olunmalıdır”.

Mübarək hədisin ikinci hissəsinin şərhi zamanı isə Hacı İlqar söyləmişdir: “Amma hədisin ikinci hissəsindəki buyuruş burada söhbətin sadəcə

fizioloji mövzudan getmədiyini göstərir. Çox deyə bilərlər ki, bu hədisdə nəvə-babalıqldan söhbət gedir. Amma o ki, ikinci hissədə aydın vurğu edilir ki,

mən də Hüseyndənəm, bu göstərir ki, birinci hissədəki sözdən məqsəd nəvə-babalıq deyil. Bu hədisdə qohumluq əlaqələrindən, nəvə-babalıqdan,

mirasçılıqdan söhbət getmir. Yəni, mən Aşurayiyəm, mən də o məktəbin bayraqdarıyam. Yəni, o məktəb məndən başlanır və mən onun

bayraqdarıyam. Bununla da Peyğəmbər (s) Aşura məntiqinin imzasını qoyur. Uca Allahdan istəyimiz budur ki, Məhərrəm–Səfər əyyamı ilk günlərindən

bizi bu duyğuları yaşayanlardan qərar versin”.

Xütbənin davamında İmam Hüseyn (ə) şəxsiyyətinin bəzi məziyyətlərini zikr edən cümə xətibi Əba Əbdillahın (ə) İslamın daşıyıcısı olduğunu

ifadə etmişdir: “İmam Hüseyn (ə) İslamın daşıyıcısıdır, rəmzidir. O, bundan kənar daşıyıcılıq götürməmişdir. Allahdan istəyirik ki, bu həqiqətləri

tanımaqda bizlərə yardımçı olsun!”

Xütbənin ikinci hissəsində ilk öncə müsəlmanlar üçün Uca Rəbbdən bağışlanma və əfv diləyən xətib, özünə və hər kəsə ilahi təqvaya riayət

etməyi tövsiyə etmişdir. Məsumları (ə) bir-bir salamlayan cümə xətibi, daha sonra Allahdan cümlə müsəlmanların bağışlanması üçün dua etdi.

Allah dərgahında bütün müstəvilərin ilahi təqvadan keçdiyini vurğulayan Hacı İlqar, daxil olduğumuz Məhərrəm-Səfər əyyamı prizmasından ilahi

təqvanın əmələn yaşantılarını, Mübarək Ramazan ayı ilə vəhdət təşkil etdiyi və fərqli nöqtələrinə toxunmuşdur: “Bizlər təqvanın əməli yaşantısı olan

əyyama daxil olmuşuq. Məhərrəm-Səfər əyyamı təqvanın əmələn həyata keçirildiyi aylardandır. Bu ay təqvaya çağırış, dəvət olan aydır. Bu baxımdan

bu ayın Mübarək Ramazan ayına da oxşarlığı vardır.
Onun sırf daxili dərinləşdirmə çalarları ilə yanaşı, Məhərrəmdə, Aşurada bunların həm də bütün

gözəllikləri ilə zahirə də çıxdığı aydır”.


Kərbəla məktəbənin zirvəsi olan Aşuranın çalarlarına toxunarkən, cümə xətibi demişdir: “Aşura - mələklərin insana baxışda səhvlərinin üzə

çıxdığı, həqiqi mövlanı tanıdıqları gündür. Şükürlər olsun ki, vətənimizdə də həmişə Aşura qeyd olunub. Hərçənd ki, bundan narahat olanlar da olub.

Allahdan tofiqat diləyirik ki, Aşuranı layiqincə çatdırmaq imkanlarımız olsun. Bu əyyamın ilk anlarından hər kəsin öz vəzifələri vardır. Tasua və Aşura

yaxınlaşdıqca, məsuliyyətimiz daha da artır. Bu il də bizim Aşuraya qədər hər gün mərasimlərimiz olacaq”.

Xütbənin ikinci hissəsinin davamında Aşuranın iki mühüm mesajını çatdıran Hacı İlqar söyləmişdir: “Birincisi budur ki, baş vermiş bu qəhrəmanlıq

nə üçün ünvanlandığını, çatdırışlarını öyrənməliyik. İkincisi budur ki, bu məktəblə duyğular, zövqlər, ruhlar və qəlblər paklanar.
Hər mənada

həyatımızın səhnələri Kərbəla səhnələri ilə uzlaşmalıdır. Biz belə etməliyik ki, Aşuranın bütün gözəl səhnələri ilə həmahəngləşək. Bu səhnələrdə

bütün gözəlliklər və imtahanlar vardır. Qəhrəmanlıq, dünyaya aldanmanın aqibəti, körpələrə amansızlıq, təkəbbür, izzət, alçaqlıq, ucalıq, naşükürlük,

təvəkkül və s. ziddiyyətli sifətlərin məkanıdır bura.


Dünyada baş verənlərə də bu hadisələrdən yanaşmağı bacarmalıyıq. Bu günlərdə Yəməndə də fosfor bombaları işləndi ki, oradakı Əhli-Beyt (ə)

yolçularının nəsli kəsilsin. Amma Allah özü qərar verir ki, kimlərin nəsli kəsilsin”.

Cümə xətibi daha sonra bəzilərinin Aşura mərasimlərinin atribut və keçirilməsi məsələlərinə dair dediklərinə münasibət açıqlamışdır: “Bizim

mili-mənəvi folklorumuzun zatı - mərsiyyələrdir, növhələrdir. Hətta teatrımızın inkişafında Aşurada yaşananların rolu vardır. Zəncirlərlə bağlı

deyilənlərə gəlincə, bu matəm məclislərinin coğrafi anlamı yoxdur. Bu il Türkiyənin bütün meydanlarında bu məclislər keçiriləcəkdir. Hətta bu il

Ankaranın ən böyük sarayında Aşura mərasimi keçiriləcəkdir. Moskavada, Londonda - dünyanın hər yerində bu mərasimlər keçirilir.
Adam gərək

ixtisası olan mövzularda danışsın. Bu mərasimlər həmişə olub. 1-2 məmurun necəliyi ilə bu mərasimlər təxirə salınmayıb. Bütün dünyada əzadarları

Əba Əbdillahsevərlər kimi tanıyırlar”.


Yenicə Türkiyə səfərindən qayıdan cümə xətibi, son səfəri zamanı qarşılaşdığı əlamətdar təəssüratardan söz açarkən, mühüm bir məqamı

cümə gününün müntəzirləri ilə bölüşmüşdür: “İngiltərənin bir qurumu vardır: Free Gaza (Fri Qaza - “Azad Qəzza”, - Dəyərlər). Onlar düşünürlər ki,

müsəlmanlar Qəzzaya kömək etməkdən özlərini kənarlaşdırıb. Onlar Qəzzaya kömək üçün maşınlarla yardım dəstələri hazırlayırlar və ölkələrdən

avtomobillərlə keçərək karvanı Qəzzaya çatdırırlar. Təkcə Amerikadan keçəndə bu yardım karvanına bu öləkədən 47 maşın qoşulub. Ən çox maşın

Türkiyədən qatıldı bu karvana. Türkiyədə ən böyük meydanda insanlar bu karvanı qarşılamağa çıxmışdı. Mən bilmədim o an ora Məkkədir, Mədinədir,

Qumdur, Nəcəfdir, bəraitul-müşrikin əməlidir, ya haradır. Eyni şüarlar, eyni ab-hava, eyni eşq. Bu gün dünyada İslamın yeni təqdimatı başlayıb. Keçən

il bu vaxt Qəzza hadisələri ilə yadda qaldı. Müsəlmanlar bu məsələrdə öz sözlərini deməlidir. Allahdan bu işlərdə tofiqat diləyirik!”

Xütbələr yekunlaşdıqdan sonra Hacı İlqar İbrahimoğlunun imamlığı ilə mömin və möminələr cümə namazını qılmış, zikrlər, dualar etmiş,

salavatlar zikr etmiş, sonda “Fərəc” duasını oxumuşlar.
Xəbər xidməti


“Ən yağı düşmən – insanın öz nəfsidir”

20 noyabr 2009, 08:45

Cümə namazından reportaj - 13.11.09

13 noyabr 2009-cu il tarixində İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti cümə namazını qılmışlar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinləmişlər.

Cümə xütbələrinin ilkində cümə xətibi, o cümlədən, ilk olaraq özünə və sonra cümə namazı iştirakçılarına ilahi təqvaya riayət etməyi tövsiyə etdi.

İnsanın kamillik yolunda ən böyük maneənin onun öz daxilində olduğuna diqqət çəkən xətib, İslam Peyğəmbərindən (s) aşağıdakı hədisi qeyd etdi: “Sənin ən yağı düşmənin - iki böyrün arasında olan nəfsindir”.

Hədisin açılışında Hacı İlqar qeyd etdi: “Təəssüflər olsun ki, ayələr və hədislərdə gələn bu fikirləri biz mücərrəd qarşılayırıq ki, sanki bu kiməsə özgəyə aidddr. Sanki, bizə bunların qətiyyən aidiyyəti yoxdur. Amma əslində bu, birbaşa bizim özümüzə aiddir. Əgər düşməni tanımaq istəsək, bu bizə yetər. Bu düşmən hər birimizin nəfsidir ki, kontrola alınmayanda tüğyan edir”.

Cümə xətibi həqiqi problemlərin virtual və iilüzor problemlərin fonunda itib-batmasını da qeyd etdi: “Baxın, bir donuz qripinə qarşı insanlar necə mübarizə aparırlar. Diqqət yetirirlər ki, yoluxmasınlar. Kimisi maska taxır, kimisi maska tapa bilmir, hətta özü düzəltdirir. Amma fəsadlarla dolu mühitdə öz nəfsi ilə mübarizə aparmır. Cismi uğrunda bu qədər mübarizə aparır, amma ruhunun, mənəviyyatının təmizliyi üçün bu qədər mübarizə aparmır. Amma əgər təqva uğrunda mübarizə aparmasaq, təqva müstəvisində uduzacağıq, nəfsə tabe olacağıq. Belə olanda nəfs birini ailə ilə, digərini dost ilə, digərlərini bir başqa mövzularla aldadacaqdır. İş o yerə çatacaqdır ki, rüşvət alan da öz əməlinə müqəddəs don geyindirəcək, oğurluq edən də deyəcəkdir ki, nə etsin, uşağı ac idi. İnsan nəfsə tabe olsa, bütün əməllərinə əsaslandırma tapacaqdır”.

Xətib qeyd etdi ki, insanların əslində ən böyük həyati təhlükələrindən biri də öz əsl böyük düşmənlərini tanımamalarından qaynaqlanır. Mübarək buyuruşda toxunulan bu xüsusi nöqtənin açılmasına davam edən cümə xətibi bildirmişdir: “Bizim ən böyük düşmənimiz - nəfsimizdir. Çünki, bütün digər düşmənlərimizin də nəfs adlı düşməni vardır ki, onları bu vəziyyətə salıb, buraxıb ortalığa. Allahdan nəfs ilə mübarizəmizdə tofiqat diləyirik”.

Xütbənin ikinci hissəsində ilk öncə müsəlmanlar üçün Uca Rəbbdən bağışlanma və əfv diləyən xətib, özünə və hər kəsə ilahi təqvaya riayət etməyi tövsiyə etmişdir. Həftənin gündəminə nəzər salan cümə xətibi, ilk olaraq qarşıdan gələn bərəkət və məğfirət dolu zilhiccə ayına nəzərləri cəlb etmişdir: “Hal-hazırda çox böyük mənəvi imkanlar ərəfəsindəyik. Nə müşkülümüz, nə çətinliyimiz varsa, bu mənada bu ayın ilk günləri bizim xidmətimizdədir. Həccdə olanların Allah köməyi olsun! Olamayanların da çox böyük imkanları var. Bu ayın ilk günlərinin öz fürsətləri var və buna indidən hazırlaşmaq lazımdır”.

“Bütün bunlardan sonra Qurban bayramı gəlir. Bu, sadəcə heyvan kəsmə bayramı deyil. Hərənin bir İsmayılı var ki, onu qurban verməklə bu bayrama çıxmaq lazımdılr. Bu bayrama çıxmağımız - zilhiccə ayını necə qarşılamağımızdan və onu necə yaşamağımızdan asılıdır. Allaha pənah aparırıq bütün müsibətlərdən”.

Davamında Hacı İlqar mövzu ilə bağlı demişdir: “Bundan böyük nə müsibət ola bilər ki, həyatımız, günlərimiz keçir, amma istədiyimiz kimi yaşaya bilmirik. Çox bəhanələr gətirilə bilər. Amma əsl səbəb budur ki, dünya öz məşğuliyyətləri ilə bizi məşğul edir. Qırmızı xətlərin yanlarında gəzə-gəzə insanın durumu dəyişir. Bu mənada özümüz fərdi, ailə, ictimai həyatda bir dəyişiklik aparmasaq, dəyişməyəcəyik. Zilhiccənin ilk 9 günü məhz bu imkanı verir”.

Cümə xətibi zilhiccənin keçirilməsi mədəniyyətindən, günlərinin dəyərindən söz açaraq bu il bununla bağlı yeni bir mədəniyyətin yaşanacağını vurğuladı. Əslində bu ayın elə ilk günlərindən həyata keçirilməli olan əməllərin də kiçik sayılmamasını vurğulayan Hacı İlqar, bu haqda bildirmişdir: “Bəzən elə xırda işlərlə böyük tofiqatlar olur”.

Ölkədə baş verən son hadislərə toxunarkən ilk olaraq həbs edilmiş bloqçuları xatırlayan xətib, iki dəyərli qələm əhlinə cəza verilməsini pisləmişdir.

Yeni Günəşlidəki Fatimeyi-Zəhra (s.ə.) məscidinin məhkəmə prosesinin də həftə ərzində təxirə salındığını deyən Hacı İlqar, xususilə vurğulamışdır ki, dini mühit diqqətli olmalıdır ki, bu məsələdə yersiz və ziyanlı ajiotaj yaradılmasın.

Həcc mövsümü ilə əlaqədar bu mübarək ziyarətə müəyyən hücumların olması da qeyd edildi: “Nədənsə bu il həcc mövzusunun da üzərinə getmək istədilər. Onu hansısa digər məsələlərlə əvəz etməyə çalışırlar. Əgər bahalaşmaya görədirsə, buradan futbol oyunlarına görə nə qədər xərclər çəkilib xaricə gedilir?! Deyirlər, guya gedib oradan donuz qripi gətiriləcək. Əgər belədirsə, onda bütün xarici səfərləri dayandıraq, deyilmi? Belə edilmirsə, suallar yaranır”.

Cümə xətibi Yəməndə Əhli-beyt (ə) yolçularının böyük müsibətlər yaşadığını da xəbər vermişdir. Tək Yəmənin deyil, onun qonşularının da radikalların törətdiklərindən əziyyət çəkdiyini deyən Hacı İlqar, Yəmən xalqı üçün də dua edilməsini istəmişdir. Xətib sonra bir daha bildirmişdir ki, diqqətli olmalıyıq ki, dini mühit bütün məsələlərdən xəbər tutmalıdır: “Allahdan bütün bu məsələlərdə tofiqat diləyirik ki, bizlərə zilhiccə ayından lazımınca çıxa bilməyi nəsib etsin! Allahdan istəyimiz budur ki, bizə əta etsin, orucumuzu tutaq, zikrlərimizi edək bu ayda”.

Xütbələr yekunlaşdıqdan sonra Hacı İlqar İbrahimoğlunun imamlığı ilə mömin və möminələr cümə namazını qılmış, zikrlər, dualar etmiş, salavatlar zikr etmiş, sonda “Fərəc” duasını oxumuşlar.

  • Yazılıb
  • da (də) 2009 Dec 25