"Fatiməi-Zəhra (s.ə.)" məscidində hər il olduğu kimi, məscidin icması tərəfindən Aşura günü geniş surətdə qeyd edilib
Azərbaycan Servisi/Aran Agentliyi
Möminlərin məsciddə əzadarlıq keçirmək istəkləri, öncə polis tərəfindən maneə ilə qarşılanmışdır. Lakin İmam Hüseyn (ə) əzadarlarının israrlı tələbləri qarşısında maneə törədənlər geri çəkilmişlər. 10 nəfər insan isə yarımçıq tikiliyə qalxaraq əllərində olan bayraqları dalğalandırıblar. Orada 2000 nəfərə yaxın dindarın iştirakı ilə Aşura mərasimi qeyd edilib. Əzadarlıq mərasimindən sonra yüzlərlə insan məscidin həyətində camaat namazı qılıb.