Azərbaycan Servisi/Aran Agentliyi
Forst News İnformasiya saytının bildirdiyinə görə Sionist rejim Azərbaycanda yol çəkmə sahhəsində böyük bir layihəni həyata keçirmək niyyətindədir. Saytın yazdığına görə Sionist rejimə aid bir şirkət rəsmi Bakı ilə bu sahədə 337 milyon dollarlıq bir müqavilə imzalayıb.
Azərbaybaycanın rus dilli Forst News İnformasiya Agentliyi bazar ertəsi dekabrın 28-də bu məsələ ilə bağlı qeyd edib: - Müqaviləyə uyğun olaraq Sionist İsrail rejiminə aid Shlkun və Binuy şirkət Xəzər dənizini Qara dənizə birləşdirən böyük bir yol layihəsini həyata keçirir.
Məlumatda bu 4 zolaqlı yolun boyunun 156 kilometr olduğunu bildirilsə də, onun dəqiq marşrutunda işarə olunmadan deyilir ki, onlarla körpüsü olan bu layihənin icra işləri artıq Sionist İsrail rejimindən asılı SBİ adlı şirkəti tərəfindən həyata keçiriləcək. Məlumatda həmçinin SBİ şirkəti Shlkun və Binnuy şirkətinin xarici podratçı layihələrini icra edən bir şirkət kimi təqdim olub.
Məlumatlı Sionist rejim televiziyasının 9-cu kanalının rus xidmətinə istinadən verən Forst News saytı əlavə edib: - Sözü gedən şirkətin sədri mənşəcə Sionist olan Sheri Arisundur. Həmin informasiya mərkəzi ötən ay da Sionist rejimin Bakıdakı səfirliyi tərəfindin gələn bəyanata istinadən qeyd etmişdir ki, bu rejimin bir inşaat şirkəti rəsmi Bakı ilə bir müqavilə imzalayaraq Yevlax-Bakı, həmçinin Muğanlı-Yevlax şose yollarını bir fransalı və iki israilli bankın maliyyə yardımlarından bəhrələnərək bərpa edəcək. Məlumatın digər hissəsində qeyd olub ki, sözü gedən layihənin icrası üçün dekabrın 8-də Az. R-nin Nəqliyyat Nazirliyi ilə Fransanın Paribas bankı arasında 279 milyon dollar dəyərində bir müqavilə imzalanıb. Müqavilə 156 kilometrlik olan Muğanlı-Yevlax, 280 kilometrlik Yevlax-Şamaxı-Bakı şose yollarına şamil olur. Xatırladaq ki, bu informasiya Az. R-nin digər informasiya vasitələrində əks etdirilməyib. Rəsmi qaynaqlar bu haqda məlumat verməyib.
Bu əsnada son vaxtlar Sionist rejimin Bakıdakı səfirliyi Az. R- ilə ticarət dövriyyəsinin 2009-cu ildə 14 milyard dollara çatacağını bildirib. Az. R-nin gələn il üçün nəzərdə tutduğu ümumi büdcənin miqdarı 15 milyard dollar civarındadır. Sionist rejim başçısı Şimon Peresin ötən yayda Bakıya səfəri ardınca bu qeyri-legitim rejim Bakı ilə iqtisadi əlaqələr səviyyəsini genişləndirmək üçün çox cəhdlər göstərir. Bu əsnada Sionist rejimin xarici işlər nazirinin yaxın zamanda Bakıya səfəri gözlənilir.
Sionist rejimin hökumət nümayəndələri və iş xadimləri Az. R-da özlərinin təsir nüfuzlarını genişləndirməyə can atırlar. Hətta bu ölkənin turizm, aqra və yol çəkmə kimi bir sıra mühüm iqtisadi layihələrində investisiyalar yatırmağa cəhd göstərirlər.