Tarix : 2009 Dec 31
Kod 15472

Türkiyədə Aşura - İstanbul, Ankara, Bursa, Ərzincan

Tədbirdə Türkiyə Əhli-Beyt (ə) davamcılarının Lideri Səlahəddin Özgündüz çıxış etmişdir
Türkiyə Servisi/Aran Agentliyi
Deyerler.orgİmam Hüseynin(ə) aşiqləri səhər saatlarından etibarən Halkalıdakı Aşura Meydanında toplaşdılar. Tədbirdə Türkiyə Əhli-Beyt (ə) davamcılarının Lideri Səlahəddin Özgündüz çıxış etmişdir. O çıxışında hər il təşkil edilən matəm mərasimini tənqid edənlərə cavab verərək: "Yaraları qanamağa, qanatmağa ehtiyac yoxdur" deyə çıxışını davam etdirmişdir. Türkiyə Boyük Millət Məclisinin sözcüsü Meral Akşener, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Qədr Topbaş, Kiçikçəkməcə Bələdiyyə Başçısı Əziz Yeniay, Kiçikçəkməcə Baş məmuru Orxan Öztürk, AK Partiya, CHP və MHP millət vəkilləri, Əhməd Yəsəvi Vəqfi Başçısı və Kecmiş Mədəniyyət Naziri Namiq Kamal Zeybek, Diyanət İşləri Başçı Köməkçisi Prof. Dr. İzzət Ər, Qızıl Ayparanın baş katibinin müavini Əhməd Lütfü Axar, İstanbul Müftisi Mustafa Çağırışçı, Tarixçi Professor İlber Ortaylı, TDH Başçısı Mustafa Sarıgül, İran, İraq və Azərbaycan konsullarının da iştirak etdiyi "Ümumdünya Aşura Matəm Mərasimi"ndə,ölkə içindən və xaricindən gələn çoxlu sayda insanlar iştirak etmişdilər.


Ankarada Aşura günü möhtəşəm keçirildi


Deyerler.orgHər il olduqu kimi bu il də Ankara şəhərində Aşura mərasimləri kecirilmişdir. Bu il ki mərasim Kocatəpə mədəniyyət sarayında olmuşdur. Mərasim Quran Kərim tilavəti ilə başlamışdır. Mərasimdə Höccətul İslam Musa Aydında nitq söyləmişdir. Daha sonra əzadarlıq mərasimləri kecirilmişdir.

Bursada və Ərzincanda Aşura ilə bağlı əzadarlıq mərasimləri keçirildi

Bursa da ilk dəfə bir yerdə "Aşura"mərasimi təşkil edildi. Əhli-Beyt (ə) sevənlər Aşura mərasimini İldırım İdman Salonunda kecirdilər. Tədbirdə çox sayda Əhli-Beyt (ə) sevənlər iştirak edirdilər. Ak Partiya və MHP partiyasından millət vəkilləri iştirak etdilər. Mərasimdə Əhli-Beyt (ə) alimləri də iştirak edirdilər. Həmcinin tədbirdə şəbih-teatrı da gostərildi və sonra, şeirlər və mərsiyələr oxundu.
  • Yazılıb
  • da (də) 2009 Dec 31