Tarix : 2009 Dec 31
Kod 15475

Azərbaycanda yaşayan iranlılar Ayətullah Xameneiyə dəstək verdilər

İran İslam Respublikasının Bakıda yaşayan vətəndaşları İran prezidenti Mahmud Əhmədinejat və dini lider Ayətullah Əli Xamneyiyə dəstək məqsədi ilə tədbir keçiriblər
Azərbaycan Servisi/Aran Agentliyi
İran İslam Respublikasının Bakıda yaşayan vətəndaşları İran prezidenti Mahmud Əhmədinejat və dini lider Ayətullah Əli Xamneyiyə dəstək məqsədi ilə tədbir keçiriblər.
APA-nın xəbərinə görə, tədbir İranın Azərbaycandakı səfirliyinin “Hüseyniyyə” məscidində baş tutub.
Tədbirə qatılan İran vətəndaşları ölkə prezidenti və dini liderlə həmrəyliklərini nümayiş etdirmək üçün imza toplayıblar.
İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami bildirib ki, tədbir bu il dekabrın 27-də Tehran şəhərində baş verən hadisələri pisləmək məqsədilə təşkil olunub. Səfir İranın böyük tarixinin olduğunu qeyd edərək bildirib ki, heç bir xarici qüvvə onu yıxa bilməz: “Dünyanın beş qüdrətli ordusundan biri olan İsrail ordusu 33 günlük müharibədə Livana məğlub oldu, Qəzzanın əliyalın camaatına qalib gələ bilmədisə, İrana nə edə biləcək? İran xalqı həmişə həmrəy olub öz prezidentinin və dini liderinin ətrafında möhkəm birləşib və bu həmişə belə olacaq”.
Tədbirdə İranın dini lideri Ayətullah Əli Xamneyinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejat da iştirak edib.
 
  • Yazılıb
  • da (də) 2009 Dec 31