İranın Azərbaycan Respublikası vətəndaşları üçün birtərəfli qaydada viza rejiminin ləğv olunması yanvarın birinə nəzərə alınmışdı. Ancaq idarə işlərinə görə iki ay sonraya saxlanılıb
Azərbaycan Servisi/Aran Agentliyi
İran telekanallarından əldə edilən məlumata görə İranın Azərbaycan Respublikası vətəndaşları üçün birtərəfli qaydada viza rejiminin ləğv olunması yanvarın birinə nəzərə alınmışdı. Ancaq idarə işlərinə görə iki ay sonraya saxlanılıb.
İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat işləri üzrə sədri Abbas İsgəndəri bildirib ki, İranın Azərbaycan Respublikası vətəndaşları üçün birtərəfli qaydada viza rejiminin ləğv olunması idarə işlərinin təkmilləşdirilməsi üçün iki aydan sonra icra olunacaq.
Azərbaycan Respublikasında İrana səfər üçün viza rejiminin ləğvi ilə bağlı geniş istəklərə görə İran İslam Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası ilə birtərəfli şəkildə viza rejiminin ləğvini qərara almışdır.
Azərbaycan Respublikası hökuməti ikitərəfli qaydada viza rejiminin ləğvi üçün hələ ki, Tehrana rəsmi cavab verməmişdir.