Azərbaycan Servisi/Aran Agentliyi
Nadir Həqiqi
Aşura günü Bakı və ətraf rayonlardan minlərlə insan Bibi Rəhimə ziyarətgahına yola düşdü.polislər Nardalan yoluna nəzarəti gücləndirdilər.bunlara baxmayaraq əhalinin qarşısını ala bilmədilər.çünki hər hansı bir qarşıdurma əhalinin qəzəbinə səbəb ola bilərdi.
Azərbaycan dövləti, əhali arasında şiə məzhəbinin yayılmasına çoxlu manelər törədir.bunlara baxmayaraq gündən-günə xalq arasında şiə məzhəbinə maraq çoxalmaqdadır.Azərbaycan əhalisi çalışır öz şiə varlıqlarını İrandan ayrıldıqdan sonra(Gülüstan və Türkmənçay müqavilələrindən sonra) qorusun.
Aşura, Şiə məzhəbinin güzgüsüdür.Aşura həqiqi İslami canlandırır və ona yeni həyat bağışlayır.1370 il bundan öncə baş vermiş Aşura hadisəsi, Şiənin yayılmasına səbəb olub.hal-hazırda şiələr Aşura günündən ilham alaraq İranda İslam respublikasını yaradıblar.Qərb dövlətləri, o cümlədən Amerika və İngiltərə, vəhabilər, terroristlər və müharibə İranı məğlub edə bilmədi.çünki İslam İnqilabının mənşəyi Aşradandır.
Dünyanın müxtəlif yerlərində, strateji bölgələrdə(Fars körfəsi, Yəmən, Ərəbistan, Livan, İraq və ...)şiəçiliyin yayılması qarətçi dövlətləri təşvişə salıb.Azərbaycan Respublikası şiə ölkələrindən biridir.İran və Rusiya arasında baş vermiş uzun müharibələrdən sonra Azərbaycan İrandan ayrıldı.Şah İsmayıl, Ərdəbil qiyamından sonra Arazın şimalına və Şirvan əyalətinə gedib şiələrin düşmənlərini öldürdü.
Cənubi Qafqazdakı şiələrin əksəriyyəti Azərbaycan respublikasında yaşayır.Qafqaz ərazisi Rusiya tərəfindən işğal edildikdən sonra Moskva dövləti tərəfindən təzyiqə məruz qaldı.Rusiya Şiə məzhəbini aradan qaldırmaq üçün əhaliyə çoxlu təzyiqlər göstərdi.Rusiya dövləti çalışdı xristiyan mədəniyyətini yaymaqla Cənubi Qafqazda ictimai fəsadlar törətsin.həmçinin Rusiya dövlətinə tabe olan ziyalıları hazırlamaqla(Axundov kimi), Molla Nəsrəddin kimi jurnalları nəşr etdirməklə dini inancları zəiflətdi.
Rusiyada Sovet hakimiyyəti bərpa olduqdan sonra İslam və məzhəbə qarşı mübarizələr geniş şəkildə başlandı.bunun nəticəsi olaraq minlərlə ruhani şəhid oldu, məscidlər bağlandı və dini mərasimlərin icrasına qadağa qoyuldu. 70 il savet hakimiyyətində yaşayan Azərbaycan əhalisi dini təhsildən məhrum idi.Sovet hakimiyyəti dağıldıqdan sonra əhali böyük həvəslə dini mərasimləri, xüsusi ilə Aşura mərasimini möhtəşəm şəkildə qeyd edirlər.Şimali İranın hər bir məscidində Quran öyrədilir.fəal şiələr müxtəli yerlərdə(Bakı, Gəncə, Naxcıvan,...)dini mədrəsələr təşkil etdilər.
70 il sovet hakimiyyətində həbs edilən şiələr, ən kiçik insan hüquqlarından, yəni xarici ölkələrə səfər etməkdən və imamların məzarını ziyarət etməkdən məhrum idilər.bir qrup ziyarətçi İrana, İmam Rzanı ziyarət emək üçün yola düşdülər... H.Əliyev hakimiyyətə gəldikdən sonra, Sovet dövründə dövlət məmuru idi, yenidən Azərbaycan hakimiyyəti İslam və şiə məzhəbi ilə mübarizəyə başladı.Azərbaycan respublikasında şiə mədrəsələri tətil edildi.İslami təşkiatlar təzyiqə məruz qaldılar.dini təhsil almaq üçün İrana gələn tələbələr təqib edildi.hətta dini mərasimlərin icrası, o cümlədən İmam Hüseynə əzadarlıqlar qadağan edildi.Azərbaycan dövləti Aşura mərasimini qeyd etməmək üçün Şimali İranın əhalisinə müxtəlif maneçiliklər törədir.Azərbaycan dövləti məscidləri dağıtdı, Azan səsini qadağan etdi.keçen il möminlər dövlətin bu qadağalarına etiraz aksiyasi keçirtdilər.
Bakının məşhur ruhanisi İlqar İbrahimzadə(İbrahim oğlu), Bakıda “Dini etiqadların Azadlığı”adlı təşkilatı təsis edib, dedi:- Gəncədə matəm mərasimində iştirak edən möminlər polis tərəfindən tutuqlanıb.dövlət restoranlarda verilən ehsanlara qadağa qoyub.
Namiq Babaxan”Birlik”partiyasının başçısı, dedi:- polis müxtəlif şəhərlərdə, xüsusi ilə Gəncədə İmam Hüseynə keçirilən matəm mərasiminə maneçilik törədib.
Bütün ictimai təşkilatlar bu müsahibələrdə bəyan etdilər ki, Azərbaycan dövləti sovet hakimiyyəti kimi din və şiə məzhəbi ilə mübarizə edir.hətta dövlət tele kanlları Aşura günü müsiqi və pozğun verilişlər yayıb.
Azərbycan dövlətinin qadağalarına baxmayaraq ildən-ilə əzadarlıqlar geniş şəkildə yayılır.ötən il Bakıda “Təzəpir”, “Göy məscid”, “Məşhədi dadaş”məscidi, “Hac Sultanəli”məscidi, “Nardalan”məscidində minlərlə mömin İmam Hüseynə əzadarlıq etdi.
əhali dövlətə zidd olaraq bazarı, alış-veriş mərkəzlərini tətil etdi və məscidlərə doğru hərəkət etdi.
bu il Azərbaycan dövləti Məhərrəm ayına yaxın dini kitabları topladı və əzadarlıqlarda istifadə olunan zəncir və dini bayraqların idxalına maneçilik törətdi.
Azərbaycan dövləti, xristianların yeni ilinə görə 5 gün ölkədə rəsmi tətil elan etdi.halbuki Azərbaycan dövləti indiyə kimi Aşura gününü tətil elan etməyib.
Hakimiyyətin təzyiqlərinə baxmayaraq bu il Aşura mərasimi Bakıda möhtəşəm şəkildə icra edildi.
Aşura günü Bakı və ətraf rayonlardan minlərlə insan Bibi Rəhimə ziyarətgahına yola düşdü.polislər Nardalan yoluna nəzarəti gücləndirdilər.bunlara baxmayaraq əhalinin qarşısını ala bilmədilər.çünki hər hansı bir qarşıdurma əhalinin qəzəbinə səbəb ola bilərdi.
xarici jurnalistlər Bakıda Aşura mərasimindən məlumatlar yaydılar.xarici jurnalistlərin biri, Akif Həmidovla müsahibə etdi:- “mən ötən illər İrandaydım.belə düşünürdüm ki, yalnız İran və İraqda Aşura mərasimi keçirilir.ancaq indi fikirlərimin səhv olduğu görürəm.Bakıya gəldiyimdə mənə dedilər Azərbaycan respublikası qeyri-dini ölkədir.ancaq mən öz gözlərimlə həqiqəti görürəm.Aşura elə bir gündür ki, bütün dünyanın şiələrini birləşdirir.”
Niyə Azərbaycan dövləti çalışır Aşura və aşuraçılarla mübarizə etsin?niyə Şimali İranda Aşura günü rəsmi olaraq tətil deyil?niyə dərslik kitablarında faşist, panazərist və İslam dininə zidd olan şəxsin, H.Əliyev, sözləri ilə doludur?niyə dərslik kitablarında Aşura gününə aid heç bir söz yazılmayır?....
Bu suallara cavab tapmaq üçün gərək Aşuranın nə olduğunu anlayaq?
Aşura, zalımlarla mübarizə etmək və xar olmağın qarşısında ölməyi qəbul etməkdir....Aşura ilə mübarizə edən dövlət bunlardan qorxur.