Tarix : 2010 Jan 06
Kod 15530

Gəncə və Naxçıvanın ardınca indi də Sumqayıtda əzadarlara təziqlər davam edir

Azərbaycan xalqının qədim ənənələrindən sayılan Məhərrəmlik mərasiminə əks-təsir və təziqlər artmaqdadır, Sumqayıt dindarlarına qarşı represiyalar da başlayıb
Azərbaycan Servisi/Aran Agentliyi
Sumqayıt şəhəri Cümə məscidində əzadarlığın dağıdılmasına Sumqayıt şəhər polis idarəsinin rəis müavini Hacıməhəmməd müəllim və Sumqayıtın icra başçısının siyasi işlər üzrə müavini Seyfəddin müəllim də qoşulub.
 
   Bütün şəhər və rayonlarda olduğu kimi Sumqayıt şəhərində də ümumxalq mərasimi kimi qeyd olunan İmam Hüseyn (ə) əzasına təpkilər davam edir. Dünən - yanvar ayının 4-də şam namazından sonra davam edən əza məclisinə Sumqayıt Cümə məscidi rəhbərlikləri tərəfindən qiyabi narazıçılıqdan sonra əyani şəkildə Sumqayıt şəhər məmurları da müdaxilə ediblər. Belə ki, məsçidin çöl qapıları bağlanaraq içəriyə maşın buraxılmamış, bir neçə mömin ağsaqqallar haqda təxribat xarakterli araşdırmalar aparılmış, bundan başqa Dövlət Yol Polisi tərəfindən maşının biri saxlanılaraq tədbirlə əlaqədar sorğu- suala tutulmuşdur. Məlumat Azərbaycan Birlik Təşkilatı Mətbuat Xidmətinə ABT Sumqayıt şöbəsi vasitəsilə Sumqayıt Cümə məscidinin hal şahidi olan dindarları tərəfindən daxil olub. Məsələni araşdıracayıq.
 
 
Azərbaycan Birlik Təşkilatının Mətbuat Xidməti
Azərbaycan Birlik Təşkilatının Sumqayıt şəhər şöbəsi
05/01/10
  • Yazılıb
  • da (də) 2010 Jan 06