Azərbaycan Birlik Təşkilatı: Sumqayıt dindarlarına qarşı represiyalar da başlayıb
Azərbaycan Servisi/Aran Agentliyi
Sumqayıt şəhərində ümumxalq mərasimi kimi qeyd olunan İmam Hüseyn (ə) əzasına təpkilər davam edir. Dünən - yanvar ayının 4-də şam namazından sonra davam edən əza məclisinə Sumqayıt Cümə məscidi rəhbərlikləri tərəfindən qiyabi narazılıqdan sonra əyani şəkildə Sumqayıt şəhər məmurları da müdaxilə ediblər.
Azərbaycan Birlik Təşkilatının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, məsçidin çöl qapıları bağlanaraq içəriyə maşın buraxılmayıb, bir neçə mömin ağsaqqallar haqda təxribat xarakterli araşdırmalar aparılıb. Bundan başqa, Dövlət Yol Polisi tərəfindən maşının biri saxlanılaraq tədbirlə əlaqədar sorğu- suala tutulub. Məlumat Azərbaycan Birlik Təşkilatı mətbuat xidmətinə ABT Sumqayıt şöbəsi vasitəsilə Sumqayıt Cümə məscidinin hal şahidi olan dindarları tərəfindən daxil olub.