Tarix : 2010 Jan 06
Kod 15540

DAHA BİR UŞAQ QATİLİ AZƏRBAYCANA GƏLİR

Zəfər Quliyev: "İsrail Azərbaycan arasında tək enerji sahəsində deyil, hərbi əməkdaşlıq və silah ticarətilə bağlı münasibətlər möhkəmlənməkdədir"
Azərbaycan Servisi/Aran Agentliyi
2009-cu il həm də siyasi gərginliyi ilə yadda qaldı. Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar, Türkiyə-Ermənistan dialoqu və regionda məlum hadisələr yola salmaqda olduğumuz ili bir az da siyasi proseslərlə zənginləşdirdi. Eyni zamanda İsrailin Yaxın Şərqdə yeritdiyi işğalçılıq və soyqırım siyasəti, müsəlman ölkələrinə qarşı mənasız və əsassız ittihamlarl yaddaşlarda silinməz iz buraxdı. Təxminən 1 il bundan qabaq sionist İsrail rejiminin Fələstinə etdiyi hücum nəticəsində 500-ə yaxını uşsaq olmaqla 1500 dinc sakin qanına qəltan edildi, 4000-dən artıq əliyalın fələstinli yaralandı. Amma buna baxmayaraq, işğalçı güclər – ABŞ, İngiltərə, Fransa, Almaniya kimi dövlətlər bu qətliamı nəinki pislədilər, hətta dəstəklədilər və qaniçən sionist rejiminin əliyalın xalqa divan tutmasını, məscidləri bombalamasını, uşaq bağçasını bombalayıb uşaqları öldürməsini “terrorla mübarizə” adlandırdılar. Hələ bu azmış kimi, sözügedən dövlətlər sionist rejimin fosfor bombalarına dəstək olaraq, ona daha 800 ədəd belə bomba hədiyyə etdi. Bu da gələcəkdə müsəlman Fələstin xalqının kökünün kəsilməsinə istiqamətlənmiş mənfur bir niyyətdən xəbər verir. Bütün bu qanlı olaylara baxmayaraq, İslam dünyasının və bəzi Qərb dövlətlərinin sözügedən cinayətlərdə birbaşa əli olan Şimon Peresi, Aviqdor Libermanı cinayətkar, insanlıq düşməni hesab etməsinə baxmayaraq, bizim siyasilər onların ölkəmizə səfərlərini müsbət qarşılayırlar. Bu isə onun göstəricisidir ki, bizim siyasilər daim beynalxalq arenalarda bir-birini müdafiə edən israil-ermənistan cütlüyünün əməllərini unutdurmağa can atırlar. Məgər biz bu qədər unutqanıq ki, XOCALI qətliamını, DAŞALTI faciəsini yaddan çıxaraq. Bəlkə KƏLBƏCƏRdə baş verənləri görməmişik, ya da AĞDAMdakı yüzlərlə şəhidi. Ya bəlkə də LAÇINı və ya XOCAVƏNDi. Bəlkə də, KƏRKİCAHAN faciəsini. Yoxsa QUBA MƏZARLIĞInı unutmuşuq. Bəlkə də, bəzilərimiz ƏSİRLİKDƏ OLAN QIZ-GƏLİNLƏRİMİZdən doğulmuş erməni dığalarının, artıq əsgərlikdə olub bizə qarşı döyüşməsini unudub. Bəlkə də...  

Hər halda istərdik ki, dəyərli xucularımız siyasilərin cari ilin fevral ayında İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri barədə fikirləri ilə tanış olsunlar.

FaktXəbərə bu barədə danışan politoloq Zərdüşt Əlizadə bildirdi ki, Azərbaycan və İsrail tərəfləri münasibətləri yaxşılaşdırmağa çalışırlar. Burada qarşılıqlı maraq olduğu üçün mütəmadi olaraq bu istiqamətdə işlər gedir: “Bildiyimiz kimi Azərbaycanda başqa dinlərə və başqa xalqlara yaxşı münasibət fonunda yəhidilərə də isti qucaq açılıb. Hətta ermənilərlə də məlum hadisədən əvvəl çox normal əlaqələr var idi. İsrail çox istəyir ki, Azərbaycan onun mövqeyini dəstəkləsin. Lakin bu mümkün deyil. Çünki İsrailin xarici siyasəti işğalçı siyasətdir. Uzun illərdir ki, Fələstin xalqına zülüm edir və onun torpaqlarını işğal edib. Fələstin xalqına qarşı soyqırım siyasəti yerinə yetirir”.

Z.Əlizadə vurğuladı həmçinin qeyd etdi ki: “Azərbaycan tərəfi  yəhudi xalqının İsrail dövlətində yaşamaq hüququnu tanıyır. Amma Fələstin xalqına qarşı heç bir dövlətin siyasətini müdafiə etmir. Eyni zamanda yəhidilər də Azərbaycan xalqının hüququnu tanıyır və Qarabağ münaqişəsində onu müdafiə edir”.

Azərbaycanın neft ölkəsi olmasını xatırladan Z.Əlizadə əlavə etdi ki, Azərbaycan neftini satır, İsrail də alıcılardan biridir: “Deyə bilmərik ki, neftin satılması ancaq İsraildən asılıyıq. Çünki dünyada kifayət qədər neft alıcısı olan ölkələr var. Hər halda gələcəkdə Azərbaycan İsrail üçün  neft və qaz mənbəyi kimi qala bilər. Bunu Azərbaycan da istəyir ki, sabit alıcısı olsun”.

Müsahibimiz dediklərinə əlavə etdi ki, Azərbaycan ordusunun silaha ehtiyacı olarsa, bunu almağı heç kim qadağan edə bilməz: “İsrail silah satarsa, Azərbaycan tərəfi də alacaq. Azərbaycan müstəqil dövlətdir və istədiyi ölkə ilə münasibət qurmağa onun haqqı var. İsrailin İrandan xoşu gəlmir, lakin Azərbaycanın İranla normal əlaqələri mövcuddur. Buna baxmayaraq Azərbaycanın İsraillə də münasibətləri yaxşıdır. Əgər Azərbaycanının mənafeyi tələb edirsə, həm İsarillə həm də İranla əlaqə yaratsın, biz bunu belə də edəcəyik”.


Politoloq Zəfər Quliyev isə bizimlə söhbətində belə qeyd etdi: “Bu səfərdən güman etmək olar ki, son vaxtlar Azərbaycan İsraillə intensiv münasibətlər qurur. Keçən il Şimon Peresin Bakıya gəlişi ciddi rezanans doğurdu. Regionda problemlərin və Qarabağ münqişəsinin aktuallaşdığı, Türkiyə-Ermənistan dialoqunun intensivləşdiyi bir dövrdə bu səfər baş verdi. Faktiki olaraq bu səfərdən sonrakı məlumatlara görə də, İsraillə Azərbaycan arasında tək enerji sahəsində deyil, hərbi əməkdaşlıq və silah ticarətilə bağlı münasibətlər möhkəmlənməkdədir. İsrailin Azərbaycana marağı neft və qaz resurslarından istifadə etməkdən doğur. Bu sahədə intensiv danışıqlar aparılır və fikirimcə uğurlu addımlar atılır. Güman edirik ki, İsrail xarici işlər nazirinin Bakıya səfəri qeyd etdiyimiz məsələlər ətrafında cərəyan edə bilər. Bundan əlavə regionda gedən proseslərə İsrail biganə qala bilməz”.

Z.Quliyev bildirdi ki, yanvar ayı İrana qarşı növbəti sanksiya gözlənilə bilər: “Hesab edirəm ki, belə məsələlər də gündəlikdədir. Azərbaycanın mövqeyini öyrənmək və İsraillə Azərbaycan arasında əməkdaşlığın hansı istiqamətdə inkişaf etməsini müzakirə edə bilərlər”.

  • Yazılıb
  • da (də) 2010 Jan 06