Tarix : 2010 Jan 06
Kod 15554

''ATATÜRKÜ SEVMİRƏM'' deyən qadına vəhşi hücum

Hadisənin baş verdiyi İstanbul Təhlükəsizliyi Xarici Şöbəsində təhlükəsizlik kameraları görüntüləri mediaya paylanıb
Türkiyə Servisi/Aran Agentliyi
Nuray Canan Bezirgan ilə Ömər Bezirganın iddia etdiyi hadisə 29 dekabr çərşənbə axşamı günü İstanbul Təhlükəsizliyi Xarici Şöbəsində baş verib. Bezirganların verdiyi məlumata görə, Xaricilər Şöbəsi Müdirliyi mehmanxanasından Nuray Canan Bezirgana zəng edilib və bir çıxış üçün çağırılıb. Nuray Canan Bezirgan, onsuz da xəstə bir uşağı xəstəxanaya aparacağını və bunun üçün ora gələcəyini söyləyib: "Çeçenistan vətəndaşı olan 4 uşaq anası Luiza Uzueva təxminən 40 gündür mehmanxanada saxlanılırdı. Çeçen ana ilə uşaqları xarici vətəndaşlıqlı qadınlarla eyni kamerada qalırdı. Otaqda olan digər qadınlar siqaret çəkdiyi üçün Luiza Uzuevanın astma xəstəsi 10 yaşındakı oğulu Salah Uzuev xəstələnmişdi."

Nuray Canan Bezirgan yoldaşıyla bərabər Salah Uzuevi xəstəxanaya aparmaq üçün mehmanxanaya gedib. Məsul komissar uşağın xəstəxanaya aparılmasına icazə verib. Hadisələr xəstəxanadan geri döndükdən sonra baş verib. Nuray Canan Bezirgan mehmanxananın girişində gözlədikləri vaxt, məsul komandir H.B. ona, "Bu qadınla əlaqədar məlumatları niyə mətbuata verirsən" - deyə bildirib. Nuray Canan Bezirgan isə olanları belə deyib: "Mən mətbuata heç bir məlumat verməmişəm. Hesab edirəm mənim məqalələrimin yayımlandığı internet saytından faydalanaraq, xəbər hazırlayıblar. Mən bunu izah etməyə çalışarkən, H.B. "Dərhal bu qadını çölə atın" dedi. Bundan sonra yanımda olan mülki geyimli məmur məni qolumdan tutmaq istədi. Mən də əlimi çəkərək "Mən çıxaram" dedim. Bu vaxt mübahisə başladı. Yoldaşım çantasındakı kameranı çıxararaq döyülməmi çəkmək istədi. Bunu görən H.B., yoldaşımın boğazından tutub sıxmağa başladı. Çəkilişin aparılmasına maneə törətməyə çalışdı. H.B. yoldaşıma və mənə qarşı çox sərt davrandı. Sonra yoldaşımı polis mərkəzinin içində olan kameraların görmədiyi yerə apardılar. Polis məmurlarının yoldaşımı döydüklərini gördüm. Onu qurtarmaq istədim, ancaq məni tutdular. Daha sonra məni də yerdə sürükləyə-sürükləyə apararaq döyməyə başladılar. H.B., yoldaşımı otağına apardı. Sonra başını stola vurdu. O komandir daha sonra mənim yanıma gəldi. Baş örtüyümdən tutaraq, məni sürüməyə başladı. Mən də həmin vatx yerə yıxıldım. Pis davranışlara məruz qaldıq. Bizə davamlı olaraq, "Şikayətçi olmayın, yoxsa buradan çıxa bilməzsiniz" - dedilər. Bizim şikayətçi olacağımızı başa düşüb, onlara hücum etdiyimizlə bağlı hesabat hazırlayıb, bizdən şikayət etdilər. Daha sonra polislər tərəfindən xəstəxanaya aparıldıq. Bizə arayış vermədilər. Yoldaşımın başında və boyunda zərbədən qaralmalar vardı. Mənim də bədənimdə zərbə izləri vardı. Polislər də döyülmə arayışı almışdılar. Dayaq yeyən bizik, ancaq hesabata görə biz sapsağlamıq. Sərbəst buraxıldıqdan sonra özəl xəstəxanaya getdik. Döyülməyimizlə bağlı arayış aldıq. Həkim zədə aldığımızı bildirdi. Bir neçı gündür iynə ilə ayaqda dururam. İstanbul Ədliyyəsinə cinayət işi açılmasıyla əlaqədar müraciət etdik. Hadisədən sonra prokurorluq polis mərkəzindəki kamera görüntülərini müsadirə etdi. Görüntülərdə mənim yerlərdə süründürüldüyüm və baş örtüyümdən tutularaq döyüldüyüm, yoldaşımın başının stola vurulduğu var. Şikayətimizdən sonra müstəntiqlərə ifadə verdik. Haqqımızı müdafiə edəcəyik."

  • Yazılıb
  • da (də) 2010 Jan 06