Misir polisinin Fələstin yardım karvanına hücum edərək çox sayda Qəzza könüllüsünü vəhşicəsinə döyməsindən sonra, minlərlə insan Misirin Türkiyə səfirliyinin qarşısında etiraz aksiyası keçirib
Türkiyə Servisi/Aran Agentliyi
Faktxəbərin Velfecr.com saytına istinadən verdiyi məlumata görə, Misirin Fələstin yardım karvanına hücum edərək çox sayda Qəzza könüllüsünü vəhşicəsinə döyməsindən sonra, minlərlə insan Misirin Türkiyə səfirliyinin qarşısında etiraz aksiyası keçirib.
Levent Metrosu qarşısında saat 22:30-da yığışaraq Misir səfirliyinə tərəf hərəkət edən nümayişçilər "Firon Hüsnü Hesab Verəcək", "Ümmət Şüuru Xəyanəti Bağışlamaz", "Sionist nökəri Diktator Mübarək", "Müsəlmanlar qardaşdır diktatorlar kalleştir", şüarlarının deyərək Hüsnü Mübarəkin şəkillərini yandırıblar.
Qeyd edək ki, "Fələstinə yol Açıq" yardım karvanı, Misirin Əl-Ariş limanına çatıb. Yardım karvanında AK Partiyalı millət vəkilləri də iştirak ediblər. Amma Misir hökuməti karvanın limandan çıxaraq Qəzzaya getməsinə icazə verməyib.