Tarix : 2010 Jan 08
Kod 15586

Bakıda yol polisini bıçaqladılar

Hadisəni törədənin kimliyi məlum deyil
Azərbaycan Servisi/Aran Agentliyi

Qaradağ rayonu ərazisində naməlum piyada yol patrul xidmətinin əməkdaşını bıçaqlayıb. Bu barədə Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, yanvarın 8-də saat 04:30 radələrində rayonun Lökbatan qəsəbəsində 384 saylı polis ekipaj avtomobilində xidmət aparan polis serjantı Həşimov Elçin Məmmədhəsən oğlu naməlum piyada tərəfindən bıçaqlanıb. O, Lökbatan qəsəbəsindəki 19 saylı xəstəxanaya yerləşdirilib.

  • Yazılıb
  • da (də) 2010 Jan 08