Sumqayıt Şəhər Polis İdarəsindən 8 nəfər polis əməkdaşı Sumqayıt "Cümə" məscidinə gələrək bildiriblər ki, bu gündən etibarən saat 19:30-dan sonra camaat burada əzadarlıq etməsi
Azərbaycan Servisi/Aran Agentliyi
Deyerler.orgSumqayıtda İmam Hüseyn (ə) üçün keçirilən əzadarlıqlara ciddi təzyiqlərə başlanılması haqqında məlumat vermişdik. Sumqayıtda camaata polis tərəfindən xəbərdarlıq edilib ki, saat 19:30-dan sonra əzadarlıq mərasimləri keçirilməsin. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsindən 8 nəfər polis əməkdaşı Sumqayıt "Cümə" məscidinə gələrək bildiriblər ki, bu gündən etibarən saat 19:30-dan sonra camaat burada əzadarlıq etməsin.
Sumqayıt "Cümə" məscidinin axundu Hacı Raufun Dəyərlər-ə verdiyi açıqlamda isə bildirmişdir ki, polisə məscid haqqında yalnış məlumatlar çatdırıblar, bu səbəbdən də polis nəfərləri məscidə gəlmişdirlər. İsrarlarımıza rəğmən axund söhbətin hansı yanlış məlumatdan getdiyini açıqlamadaqdan imtina etmişdir.
Lakin günün sonuna doğru Sumqayıt polis nəfərlərinin məscidə gəldiyi an hadisənin şahidlərindən deyerler.org-a bildirmişlər ki, doğrudan da yanlış məlumat anlaşılmamazlığa səbəb olmuşdur. Mənbənin bildirdiyinə görə, haqqında sözü gedən və axundun da danışmaq istəmədiyi yanlış məlumat isə bundan ibarət olmuşdur: “Polisə məlumat çatdırıblar ki, güya Sumqayıt Cümə məscidinə vəhhabi adlandırılan şəxslər gəlib-gedir, guya onlar buraya yığışırlar. Onların burada, İmam Hüseyn (ə) mərasimlərində nə işi var? Sonra axundla danışıqlardan sonra onlar özləri də anladılar ki, bu mərasimlırin onlara aidiyyəti ola bilməz. Bundan sonrada polislər çıxıb getdilər. Hazırda da Sumqayıtda əzadarlıq məclisləri davam edir”. Sumqayıtda əzadarlıqların keçirilməsində polisin müdaxilsinin bundan sonra da olub-olmama məsləsini diqqətimizdə saxlayacayıq.