Tarix : 2010 Jan 13
Kod 15665

İsrailin ikiüzlü siyasəti: Türkiyədən həm üzr istənildi, həm də həyasızlıq dəstəkləndi

Sionist rejim İsrail ilə Türkiyə arasında diplomatik gərginlik artır
Türkiyə Servisi/Aran Agentliyi
Sionist rejim İsrail ilə Türkiyə arasında diplomatik gərginlik artır.

İsrail yenə öz ənənəsinə sadiq qalaraq iki üzlü siyasətini burada da göstərdi.

İslam-Azeri.az internet qəzetinin İsrail mətbuatına istinadən verdiyi xəbərə görə İsrailin baş naziri Türkiyənin İsraildəki səfirinin alçaldılmasına tam dəstək verdiyini açıqlayıb.

Verilən məlumata görə Benyamin Netanyahu axşam keçirdiyi mətbuat konfransında: "Türk səfirinə qarşı verilən cavabı hazırlatdıran Libermanı (XİN) tam dəstəkləyirəm"-deyib.

Bu arada Haarets qəzeti İsrailin XİN-nin müavinin İsraildəki türk səfirindən üzr istəməsini önə çəkib.

"Yerusalim Post" qəzeti isə Türkiyənin İsraildəki səfirinin bir-iki günə Türkiyəyə geri qaytarılacağını yazıb.


İslam-Azeri.az
 
  • Yazılıb
  • da (də) 2010 Jan 13