Bu məsələdə aydın olan bir neçə məsələ var. Ən əsası odur ki, ANS telekanalı bu verilişdə yer alan həqarətlərə və sərsəmləmələrə sahib çıxmır və tam əksinə, bu baş verən rəzalətlərdən ...
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin verdiyi məlumata görə Devamm sədri Hacı İlqar İbrahimoğlu ANS telekanalında inanclı insanların heysiyyatına toxunan "Günəbaxan" verilişi ilə bağlı görüşəcəkdi.
Devamm sədri Hacı İlqar İbrahimoğlu Deyerler.org-a bununla bağlı bildirib ki, baş verənlər inanclı kəsim içində ciddi narahatlıqlara səbəb olub. Amma məsələnin emosilnal və duyğusal tərəfi ilə yanaşı, rasional və tədbirli həll yolları üzərində iş getməlidir: "Bu məsələdə aydın olan bir neçə məsələ var. Ən əsası odur ki, ANS telekanalı bu verilişdə yer alan həqarətlərə və sərsəmləmələrə sahib çıxmır və tam əksinə, bu baş verən rəzalətlərdən narahat olduqlarını və inanclı insanların duyğularını zədələdikləri üçün təəssüf hissi keçirdiklərini izhar etmişlər. Amma düşünürük ki, ANS rəhbərliyi bu təəssüf və narahatlıqlarını çoxsaylı ünsiyyətlərlə bildirməklə yanaşı, rəsmi olaraq səsləndirsəydilər, problemin tam çözülməsini xeyli sürətləndirərdilər".