Qətnamədə İsrailin tarixlər boyu İsrail ərazisini işğal etməsi, soyqırıma məruz qoyması geniş məlumat verilib
Türkiyə Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin Türkiyə müxbirinin verdiyi xəbərə görə Ankarada İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Buna səbəb sionist rejimin müdafiə nazirinin Türkiyəyə 17 yanvarda planlaşdırılan səfər olub.
Aksiya "Fələstin könüllüləri" adlı birlik tərəfindən təşkil edilib.
Mətbuat üçün açıqlama qətnaməsini isə "Vəhdət" təşkilatının sədri Muhiddin Özdəmir oxuyub.
Qətnamədə İsrailin tarixlər boyu İsrail ərazisini işğal etməsi, soyqırıma məruz qoyması geniş məlumat verilib.
Fələstinli uşaqların və qadınların qətliamının əsas səbəbkarlarından biri kimi göstərilən İsrailin müdafiə naziri Ehud Barakın Türkiyəyə gəlməsi şüarlarla etiraz olunaraq, "Qatil rədd ol!" şüarları səsləndiriblər.
Təkbir sədaları ilə aksiya insidentsiz sona çatıb.
İslam-Azeri.az