Azərbaycan Servisi/Aran Agentliyi
FaktXəbərin verdiyi məlumata görə, dünyanın 30 meqalopolisi arasında Azərbaycan paytaxtı olan Bakı şəhəri dünyanın ən çirkli şəhəri elan edilib. Bu barədə nəticəyə Beynəlxalq Rating konsaltinq firması gəlib. Təşkilat suyun aşağı keyfiyyəti, neft gölməçələri, eləcə də havanın çirklənməsi dərəcəsinə görə ən pis nəticə göstərən şəhərdir. Mütəxəssislərin fikrincə, Bakıda havanın çirklənməsi neft hasilatı ilə bağlıdır və həyat üçün real təhlükə yaradır. Qeyd edək ki, araşdırmalara zamanı məlum olub ki, Bakının atmosferini çirkləndirən əsas komponentlər bərk cismlər (toz), karbon dioksidləri və s.dir. Nəzərinizə çatdıraq ki, dünyaın ən çirkli şəhərləri arasında Efiopiyanın Abdis Ababa şəhəri ikinci, Meksikanın Mexiko şəhəri isə üçüncü yerdə gedir. Dünyanın 30 meqalopolisi arasında açıqlanan siyahı belədir: 1. Bakı (Azərbaycan), 2. Addis Ababa (Efiopiya), 3. Mexiko (Meksika), 4. Buenos Aires (Argentina), 5. Antananarivo (Madaqaskar), 6.Dakka (Bangladeş), 7. Lay idi (Nepal), 8. Dar-əs-Salaam (Tanzaniya), 9. Bangui (Orta Afrika Respublikası (CAR), 10. Lome (Toqo), 11. Pointe-Noire (Konqo), 12 . Moskva (Rusiya ), 13. Pretoria (Cənub Afrika), 14. Ouaqadouqou (Burkina Faso), 15. Bamako (Mali), 16.Bişkek (Qırğızıstan), 17. Karakas (Venesuella), 18. Luanda (Anqola) 19. Mərakeş (Fas), 20. Bağdad (İraq), 21. Yeni Delhi (Hindistan), 22. Cakarta (İndoneziya), 23 .N'Djamena (Çad), 24.Brazzaville (Konqo), 25. Almata (Qazaxıstan ), 26.Havana (Kuba), 27.Qahire (Misir), 28. Nairobi (Keniya), 29.Tehran (İran) və 30.Boqota (Kolombiya).