Bu gün kənddə Şərafət Tarverdiyev adlı sakin azadlığa çıxdıqdan sonra həbsdə Rza Nuriyev və Əli Rəhimov qalıb
Azərbaycan Servisi/Aran Agentliyi
Deyerler.orgNaxçıvanın Bənəniyar kəndində baş verən hadisələr zaman həbs edilmiş kənd sakinlərinən biri də azadlığa çıxıb. Bu gün kənddə Şərafət Tarverdiyev adlı sakin azadlığa çıxdıqdan sonra həbsdə Rza Nuriyev və Əli Rəhimov qalıb. Həbs olunanlardan Nail adlı bir kənd cavanı isə xəstəxanaya yerləşdirilib. Bu haqda deyerler.org-a açıqlama verən Naxçıvandalı mənbəmiz deyir: “Nailin əvvələr də bu xəstəlikdən əziyyət çəkirdi. Xəstəliyi həbsdə olduğu müddətdə daha da ağırlaşdığından onu xəstəxanaya aparıblar. Nə həbsdə saxlanılanlardan, nə də ki, xəstəxanaya aparılanlar haqda hər hansı informasiya verimlir”. “Heç yaxına getməyə qoymurlar”, - deyə mənbə həbsdə olanların durumu ilə bağlı bildirmişdir.
Qeyd edək ki, yanvarın 15-i, cümə günü Rza Nuriyevin də azadlığa buraxılacağı bildirilirdi. Xatırladaq ki, R.Nuriyev AXCP-nin Culfa aryon təşkilatının sədridir.
Yanvar ayının 5-də həbs olunanlara 15 gün həbs cəzası verildiyi də bildirilir. Bu hesabla, həbsdə qalan iki Bənəniyar sakininin növbəti həftənin ikinci günü, 20 Yanvar tarixində azadlığa buraxılacağı gözlənilir.
Xatırladaq ki, Aşura günü (bu il 27 dekabr 2009-cu il) Bənəniyar kəndində xeyli kənd sakini döyülmüş, 15 nəfər kənd ağsaqqalı həbs edilərək işgəncələrə məruz qalmış, həbs olunan ağsaqqalardan birinin oğlu hadisələrin cərəyanında özünü yandırmışdı. Hazırda həbsdə yalnız 2 nəfərin qaldığı bildirilir.