Tarix : 2010 Jan 18
Kod 15752

İlham Əliyevin hərbi bəyanatları Ermənistanı qorxuda bilməz

"İlham Əliyevin hərbi bəyanatları Ermənistanı qorxuda bilməz" Bunu Ermənistan xarici işlər naziri Edvard Nalbandyan deyib
Ermənistan Servisi/Aran Agentliyi

"Azərbaycan prezidenti İlham Əliyevin hərbi bəyanatları Ermənistanı və “Dağlıq Qarabağ Respublikasını” qorxuda bilməz . Bunu Ermənistan xarici işlər naziri Edvard Nalbandyan “Svoboda” radiostansiyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, belə bəyanatlar Bakının qeyri-konstruktiv siyasətini göstərir və Azərbaycanın “DQR”-in təhükəsizliyi üçün təhlükə olduğunu bir daha təsdiq edir.

“Həm Heydər Əliyev, Həm də Əbülfəz Elçibəy Qarabağa qarşı təcavüz edəndə düşünürdülər ki, Azərbaycan Ordusu o qədər güclüdür ki, qarşılarına qoyulan bütün tapşırıqları yerinə yetirəcəklər. Nəticə isə hamıya məlumdur”, deyə nazir bildirib.

O qeyd edib ki, 2009-cu ildə danışıqlar prosesində irəliləyiş qeydə alınıb və 2010-cu ildə bü müsbət dinamikanı saxlamaq lazımdır. Bununla yanaşı o əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin süni sürətləndirilməsinə ehtiyac duymur.

Nalbandyan bildirib ki, tərəflərin mövqeyində müsbət irəliləyiş olub, amma bu dönüş nöqtəsinin qeydə alınması üçün kifayət deyil. “Əgər bizim eyni müsbət dinamikanı saxlamaq imkanmız olsa, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivini yaxınlaşdırmaq mümkün olacaq”, deyə Edvard Nalbandyan bildirib(ans).

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və e vaetdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

  • Yazılıb
  • da (də) 2010 Jan 18