Tarix : 2010 Jan 22
Kod 15819

Azərbaycan virusların mənbəyinə çevrilib

Azərbaycanda epidemik parotit, skarlatin, su çiçəyi və hepatit C ilə xəstələnənlərin sayı artıb
Azərbaycan Servisi/Aran Agentliyi

Bu ilin əvvəlinə Azərbaycanda 762 xəstəxana, 1 707 ambulatoriya-poliklinika müəssisəsi, 914 qadın məsləhətxanası, uşaq poliklinika və ambulatoriyaları fəaliyyət göstərib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu müəssisələrdə bütövlükdə 33 min həkim və 64 min orta tibb işçisi çalışır, əhalinin hər 10 min nəfərinə isə 37 həkim və 72 orta tibb işçisi düşür. Əvvəlki illərdə olduğu kimi, keçən il qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, yoluxucu və parazitar, sinir sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının və qan dövranı sisteminin xəstəlikləri üstünlük təşkil edib. Ölümlə nəticələnən xəstəliklər sırasında isə ilkin yerləri qan dövranı sisteminin xəstəlikləri, yenitörəmələr, həzm sisteminin və tənəffüs orqanının xəstəlikləri tutur.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında ölkədə qarayara ilə xəstələnənlərin sayı – 77%, pedikulyoz ilə - 43%, viruslu hepatit A ilə - 36%, qoturluq ilə xəstələnənlərin sayı isə 24% azalıb, difteriya, məxmərək, qızılca xəstəlikləri qeydə alınmayıb. Əhali arasında epidemik parotit, skarlatin, su çiçəyi və hepatit C ilə xəstələnənlərin sayı isə bir qədər artıb.

  • Yazılıb
  • da (də) 2010 Jan 22