Tarix : 2010 Jan 24
Kod 15849

Günümüzün Bulqakov qəhrəmanları

İslamafoblara növbəti cavab
Azərbaycan Servisi/Aran Agentliyi

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək cümə gününün sonu yaxınlaşırdı. Ənənəvi olaraq e-mail ünvanını yoxlayırdım. Dəyərli inanc insanlarından birinin göndərdiyi yazı diqqətimi çəkdi.

Buna əslində səbəb orada əziz və dəyərli mömin qardaşım ilahiyyatçı Hacı Şahin Həsənlinin adının keçməsi idi. Yazının ilk cümləsindən dəyərli inanc adamı haqqında həqarət tonu hiss olunurdu. İkinci cümlədə isə mahiyyətdən çox, şəxsiyyəti aşağılamaya yönəlik idi. Nəhayət, növbəti cümlələrdə aydın oldu ki, bu həqarətlərə və ədəbsizliklərə səbəb - təqvalı islam maarifçisinin Həzrət İmam Hüseyn (ə) əzadarlığın keçirilmə formasının insanın şəxsi hüquq və azadlıqlarının tərkib hissəsi kimi görməsi olubmuş (zatən bu bütün dünyada qəbul olunmuş bir tezisdir).

Buradaca tez yazının sonuna baxdım. Belə ki, məni bu islamofobik narahatlığın müəllifinin kimliyi maraqlandırdı. Amma tanış olduqda sualım da, təəccübüm də qalmadı. Hər şey aydın idi. Mənə yalnız bir şey növbəti dəfə bəlli oldu ki, ənənəvi olaraq gündəmə gəlmək üçün kimisə alçaltmaq istəyən Mixail Bulqakovun qəhrəmanlarının müasir prototipləri, əslində növbəti dəfə özlərinin natamamlıq komplekslərini və kəmfürsət mahiyyətlərini ortaya qoymuş olurlar.
Dəyərli qardaşım ilahiyyatçı Hacı Şahin Həsənliyə gəldikdə isə, uzun illər boyu islam maarifçiliyinə və toplumda yaşatdığı əxlaqi dəyərlərə görə, o cümlədən vətənpərvərlik və dövlətçilik məsələlərində sərgilədiyi vətəndaş mövqeyinə görə maşallah deyirəm.

Uca Allahdan cəmi vicdanlı və namuslu insanlar üçün ilahi tofiqatlar diləyərək, nadan və cahillərin hidayətini istəyirəm.

Allah Təala hər birimizin köməyi olsun.

Allah amanında.

  • Yazılıb
  • da (də) 2010 Jan 24