Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan, "lazım gələrsə, iqtidarı devirərik" sözlərinə sərt münasibət bildirib
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyənin Baş naziri partiyasının mərkəzi qərargahında onun qurduğu höküməti devirmək istəyənlərə sərt mesaj verib. Çıxışında ölkədə səhiyyə sahəsində aparılan islahatlara toxunan Ərdoğan “Bütöv günlük iş” qanun layihəsinin qəbul edildiyini bildirərək, xüsusi klinikaların baş həkimlərinin Baş nazir qədər maaş alacağını deyib. Baş nazir Tək Qida İş Həmkarlar İttifaqının (TEKEL) sədrinin “lazım gələrsə, iqtidarı devirərik” sözlərinə də sərt münasibət bildirib.
“Biz TEKEL işçilərinə 2 il boyu çalışmadıqları halda maaş verdik. Tək Qida İş Həmkarlar İttifaqının sədri deyir ki, lazım gələrsə, hökuməti devirərlər. Sözə bir bax! İndi bu ifadəyə mən necə münasibət bildirməliyəm? Görəsən, belə düşüncəsi olan bir həmkarlar ittifaqı sədri ölkənin gələcəyini fikirləşirmi? Sən nəyi devirirsən? Nəyi devirirsən? Yuxunda görərsən! Belələri ölkənin ancaq onlardan ibarət olduğunu zənn edirlər. Ədalət və İnkişaf Partiyası 15 milyon seçicinin səsi ilə hakimiyyətə gəlib. Sənmi devirəcəksən bu hökuməti? Sənin neçə üzvün var? Nəyə əsaslanıb belə iddialı danışırsan? Əvvəlcə, həddini bil. Bizi demək istəmədiyimiz ifadələri işlətməyə məcbur etmə!” - deyə Ərdoğan toplantıdakı çıxışında deyib