Hadisə ABŞ paytaxtı Vaşinqtonda eyni adlı universitetdə keçirilən “Türkiyə-Ermənistan protokolları: Həqiqətlər və miflər” adlı seminarda baş verib
Azərbaycan Servisi/Aran Agentliyi
Amerikadakı universitetlərdən birində keçirilən seminarda nümayiş olunan xəritədə Azərbaycan, Türkiyə, İran, İraq və Gürcüstan tarixi erməni torpaqları kimi göstərilib.
Hadisə ABŞ paytaxtı Vaşinqtonda eyni adlı universitetdə keçirilən “Türkiyə-Ermənistan protokolları: Həqiqətlər və miflər” adlı seminarda baş verib.
Qondarma xəritəyə ilk reaksiyanı Türkiyənin Vaşinqtondakı səfirliyinin rəsmilərindən biri bildirib. O, xəritədə ölkələrin sahib olduğu hüquqi sərhədlərə təcavüz edildiyini bildirib.
Bundan başqa səfirlik rəsmisi bildirib ki, Türkiyə-Ermənistan münasibətləri müzakirə olunsa da seminara Türkiyə tərəfdən heç kim dəvət olunmayıb və 1915-ci il hadisələri iştirakçılara sadəcə ermənilərin baxışı ilə çatdırılıb.
Universitetin akademiki Sian Murfi qondarma xəritənin məsuliyyətini öz üzərinə götürərək bu xəritəni axtarış sistemi olan quqldan tapdığını deyib. Akademik bu səhvinə görə üzr də istəyib. “Kaş bu xəritəni gətirməyəydim. Qarışıqlığa yol verdiyim üçün üzr istəyirəm”.