Azərbaycanda dövlət idarələrinin səmərəliliyi və tənzimləmə keyfiyyəti keçid iqtisadiyyatı ölkələrindəki orta standartlardan geri qalır
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanda dövlət idarələrinin səmərəliliyi və tənzimləmə keyfiyyəti keçid iqtisadiyyatı ölkələrindəki orta standartlardan geri qalır. “Turan” agentliyinin məlumatına görə, Avropa Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı Anita Taci yanvarın 26-da, Bakıda keçid dövrü üzrə bankın illik icmalını təqdim edəndə belə deyib.
İcmalda deyilir ki, sahibkarlıq üçün şərait çətin olaraq qalır. Şirkətdə hesab edirlər ki, əsas əngəl dövlət yoxlamaları və sertifikatlaşdırmadır. Bundan başqa, antiinhisar siyasətində və bütün müəssisələr üçün bərabər şərait yaradılmasında ciddi problemlər var.
"Azərbaycan üzrə icmal ölkəyə birbaşa investisiya axınında, maaşların tənzimlənməsində, elektroenergetikada tənzimləmə orqanının müstəqilliyində nəzarətin olmamasını aşkara çıxardı. Rabitə sahəsində beynəlxalq standartlara əməl edilməsi və iflas haqda qanunvericiliyin keyfiyyəti aşağı səviyyədədir", - deyə hesabatda bildirilir.
Bank həmçinin vəziyyəti yaxşılaşdırmaq üçün hökumətə tövsiyələr verib. Dövlət sektorunda investisiyaların səmərəliliyinin artırılması üçün dövlət investisiya layihələrinin seçimi, həyata keçirilməsi, manitorinqi və auditi haqda bu yaxınlarda qəbul edilən normaların icrası zəruridir. Qeyri-neft sektorunun uğurlu inkişafını AYİB korrupsiya və inhsarçılıqla mübarizə yolu ilə işgüzar mühitin yaxşılaşdırılmasında görür