Tarix : 2010 Jan 30
Kod 15962

İran xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

İranın xarici işlər nazirinin xaricdə yaşayan iranlılarla iş və konsulluq məsələləri üzrə müavini Həsən Qəşqavi Azərbaycana səfər edəcək
Azərbaycan Servisi/Aran Agentliyi

İranın xarici işlər nazirinin xaricdə yaşayan iranlılarla iş və konsulluq məsələləri üzrə müavini Həsən Qəşqavi Azərbaycana səfər edəcək. İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Qəşqavi fevralın 1-də İran İslam İnqilabının 31-ci ildönümü ilə bağlı İranda bayram tədbirlərinin başlanması münasibətilə Bakıda İran səfirliyinin ikinci binasının açılışı mərasimində iştirak edəcək. Tədbirdə İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami də iştirak edəcək.

Qeyd edək ki, fevralın 1-dən İranın Azərbaycanla viza rejiminin ləğv olunması barədə qərarı qüvvəyə minir.

  • Yazılıb
  • da (də) 2010 Jan 30