Tarix : 2010 Jan 31
Kod 15971

Tehranda Azərbaycanın ''Cavad xan'' filmi nümayiş olunacaq

Filmin quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu operatoru Məhəmməd Məcidi (İran İslam Respublikası), bəstəkarı Sərdar Fərəcovdur
Azərbaycan Servisi/Aran Agentliyi
FaktXəbərin "Qaynar xətt"inə daxil olan məlumatda bildirilir ki, 26 yanvar - 4 fevral tarixlərində İranın paytaxtı Tehran şəhərində təşkil edilmiş Beynəlxalq Fəcr Film Festivalında sabah Azərbaycan istehsalı olan "Cavad xan" filmi nümayiş olunacaq. 16 ölkənin iştirakı ilə keçirilən festivalda qalibə "Qızıl Simurq" mükafatı veriləcək. Filmin quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu operatoru Məhəmməd Məcidi (İran İslam Respublikası), bəstəkarı Sərdar Fərəcovdur.
  • Yazılıb
  • da (də) 2010 Jan 31