Bakının Əzizbəyov rayonunda intihar hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Əzizbəyov rayon Prokurorluğundan məlumat verilib
Azərbaycan Servisi/Aran Agentliyi
Bakının Əzizbəyov rayonunda intihar hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Əzizbəyov rayon Prokurorluğundan məlumat verilib.
Hadisə yanvarın 29-dan, 30-a keçən gecə rayonun Qala qəsəbəsi, Xaşaxuna bağlarında baş verib. Həmin ünvanda yaşayan, 30 yaşlı Əliağa İmamzadə yaşadığı evin tavanından özünü asıb. Ə. İmamzadənin özünə qəsd etməsinin səbəbləri barədə prokurorluqdan hələlik heç bir məlumat olmadığı bildirilsə də, onun dindar olduğu qeyd edilib.
Qala qəsəbəsinin sakinləri isə də APA-ya açıqlamasında bildiriblər ki, Ə. İmamzadənin görkəmi və daim saqqal saxlaması onun vəhhabi təriqətinin üzvü olduğunu deməyə əsas verir.
Faktla bağlı Əzizbəyov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.