Tarix : 2010 Jan 31
Kod 15989

İran və Rusiya müharibələrinin qarşılıqlı müqayisəsi və İraqın İrana qarşı müharibəsi

.
İİR Servisi/Aran Agentliyi
İran və Rusiya müharibələrinin qarşılıqlı müqayisəsi və İraqın İrana qarşı müharibəsi
Yazıçı: Dr.Abbas Sültanlı, Tehran universitetinin müəllimi və Seyid Məhəmmədhüseyn Musəvi magistr
Xülasə
İran-Rus müharibələrində və İraqın İrana qarşı müharibəsində İranın vəziyyətini aydın şəkildə görmək olar.ilk müharibələr(İran və Rusiya)İranın parçalanmasına səbəb oldu və heç bir zaman İranın işğal olunmuş əraziləri geri qaytarılmadı və İranın zəifləməsini müşahidə edirik.ancaq İraqın İrana qarşı yürütdüyü müharibədə isə İran İslam İnqilabının möhkəmlənməsinə və ərazi bütövlüyün qorunmasına şahid oluruq.
İran və Rusiya müharibələrində İranın müxtəlif bölgələrində birlik yox idi və kimsə milli mənafeyin qorunmasını düşünmürdü.ancaq İraqın hücumuda İranın bütün ərazilərdə birlik və milli mənafeyin qorunmasını müşahidə edirik.bu məqalədə İran-Rus və İraq müharibəsinə səbəb olan amilləri araşdıracayıq.
Giriş
Qarşılıqlı müqayisə elmi üsula daha uyğundur.həqiqətləri yaxşı dərk etmək üçün ən doğru üsuldur.bəzi alimlərin fikrincə, tarix yenidən təkrar olur və bir sıra alimlərin fikrincə, tarixdəki hadisələri heç bir hadisə ilə müqayisə etmək olmaz.çünki hər bir dövrün özünə məxsus mədəniyyəti və siyasi hadisələri var və iki tarixi hadisənin arasında ortaq mövqe ola bilməz.
Bütün dövrlərdə hər hansı bir ölkənin hakimiyyəti zəifləsə, qonşu ölkələrin hücumuna məruz qalar.İran hakimiyyəti zəiflədiyi zaman qonşu ölkələr(İraq və Rusiya)hücum etdilər.çar dövründə böyük Pyotrerin vəsiyyəti əsasında Rusiyanın xarici siyasəti(isti sulara sahib olmaq) yürüdülürdü.İraqda isə Ərəb dünyasının rəhbərliyini iddia edən Səddam, Xüzistanı işğal etməklə neft yataqlarına sahib olmaq və Fars Körfəsində öz sərhəddini genişləndirmək niyyətində idi.buna görə Xüzistanın Ərəb əhalisini, Xorrəmşəhr və Ərvəndrudu bəhanə edib İrana hücum etdi.
İran və Rus müharibələrinə İngiltərə və İraqın müharibəsinə səbəb Sovet və Amerika idi.İran və Rusiya müharibələrində İranın bir çox ərazisi işğal oldu, İraq müharibəsində isə İranın ərazi bütövlüyü qorundu və İran İslam respublikası möhkəmləndi.
Nəzəriyyə
Beynəlxalq siyasətdə bir mövzunu araşdırmaq üçün gərək bir nəzəriyyədən istifadə edək.Nəzəriyyə bir sıra məsələləri sadələşdirmək başqa sözlə desək, hansı mövzunun əhəmiyyətli olub olmadığını aydınlaşdırır.(Stiv Smit, 1383, 24)
Realizm
Beynəlxalq əlaqələrdə və ona təsir edən mühüm amillərdən biri realizmdir.çünki II dünya savaşından sonra alimlər, siyasətçilər realizmdən istifadə etdilər.
Realizm ibarətdir:
    I.        Dünyanın mühüm aktyorları dövlətlərdir.(Smit: 1383:274)
Hakimiyyət istər daxil, istər xaricdən kimsənin məcburiyyətində qalıb bir iş görməz.
 II.        Dövlətlərin davranışına səbəb insanların təbiətidir.
İnsanların təbiətinə təsir edən realizmlər, lovğalıq, rəyasətpərəst, şöhrətpərəstlikdir.buna baxmayaraq ki həqiqətlərin aydınlaşmasına realizm nəzəriyyəsi faydalıdır, ancaq bir ölkə cihad, bəxşiş, dindarlıq və şəhadətdən istifadə etsə, realizm nəzəriyyəsi bu ölkə üçün faydalı ola bilməz.xatırlatmalıyam ki realizm üsullarından biri dövlətdir. Ancaq bu üsul Qacar dövründə və İran-Rus müharibələrində tam şəkildə formalaşmamışdır.bu dövrdə şəxslərin mənafeyi qorunurdu və milli mənafe qorunmurdu.
Liberalizm
Realizmin xüsusiyyətləri beynəlxalq əlaqələrin tarixi ilə əlaqədardır.ancaq liberalizm I, II dünya savaşlarından sonrakı dövrə aiddir.
Liberalizm üsulları
I.            İnsanlara nikbindir və təkamülə inanır.insanları sülsevər və qarşılıqlı əməkdaşlıqda bilir.
II.          Ölkənin xarici siyasətlərində Qeyri-dövləti orqanları, NGO, beynəlxalq orqanların təsiri və beynəlxalq münaqişələrin həllində təsiredicidir.
III.        Liberalizmlərin fikrincə, müharibə yolu ilə münaqişəni həll etmək olmaz.liberalizm əsasında təmkinli, saziş, sülhdür.halbuki xarici siyasət realizmin əksinədir.ən yaxşı vəziyyət qeyri-sabit sülh və ya müharibə vəziyyətidir.(Hafmən, 1987:396)
əksər siyasətçilərin fikrincə, məqsədə çatmaq üçün müharibə olmalıdır.liberalizm beynəlxalq orqanlara diqqət yetirir və bu məsələ I, II dünya savaşından sonra yeni bir mövzudur.tarixi hadisələri araşdırmaq üçün bu nəzəriyyə bütöv nəzəriyyə deyil.
Constructivism nəzəriyyəsi
Bu nəzəriyyənin tərfdarları Realizm və liberalizmdə olan bir sıra xüsusiyyətləri qəbul edirlər.bu nəzriyyə yenidir.1990-cı ildə formalaşıb və bir çox beynəlxalq siyasətçiləri özünə cəlb edib.bu nəzəriyyə Onuf (1989), Kuvatatul(1989) və Aleksandr Vent(1992)-ə aiddir.bu nəzəriyyə dövlət, beynəlxalq əlaqələr, adət, ənənə, ölkənin ictimai quruluşuna təkid edir.bu nəzəriyyəyə əsasən beynəlxalq siaysət, milli mənafe, xarici siyasət və beynəlxalq əlaqələrdə adət, ənənənin təsiri çoxdur.(realizm və liberalizm nəzəriyyələrində bu mövzuy qeyd olunmayıb).
Constructivism üsulları
a.    Bu ideyalar ortaqdır.
b.    Bu ortaq ideyalar əsasında mahiyyətlər və işgüzarların mənafeyi təmin edilir .(realizmin əksidir)(Vent, 1:1386)
Bizcə, o biri nəzəriyyələrlə müqayisədə bu nəzəriyyə geniş və dəqiqdir.ölkəmizdə baş vermiş hadisələri və xarici siyasətə təsir edən amilləri bu nəzəriyyənin əsasında araşdırmalıyıq.
1.   İran və Rusiya müharibələrinə səbəb olan amillər
İran və Rusiya müharibələrində hər iki hakimiyyət dövlət kimi formalaşmamışdır.müəllifin fikrincə, müharibəyə təsir edən amillər:
A.    Böyük Pyoterin vəsiyyəti
B.    İran hakimiyyətinin zəifliyi
C.    Rusiyanın ərazi iddiası
D.   Beynəlxalq şəraitlər
Böyük Pyoterin vəsiyyəti
Pyoter 10 yaşında (1682-ci ildə)hakimiyyətə çatdı.1710-cu ildə Pyoter ölkədə yürüdülən siyasətləri vəsiyyət şəklində yazdı.Sovet hakimiyyətinə kimi Pyotrin vəsiyyəti Rusiyanın xarici siyasətini təyin edirdi.(Tale, 1386:12)
Pyoterin məqsədi Rusiyanı gücləndirmək idi.Pyoter öz məqsədinə çatmaq üçün ərazi iddiası etdi.bu istiqamətdə iki mühüm məqsədə çatmalı idi.1-Fars körfəsinə sahib olmaq 2-Hindistanı işğal etmək.
Pyotr vəsiyyətində yazıb: “ İranın mühüm zonaları Qafqaz və Gürcüstandır.Rusiya bu əraziləri işğal etməklə İran zəifləyəcək.və imkan olduğu qədər Fars körfəsinə yaxınlaşmalıyıq.”
Pyotr ilk mərhələdə Osmanlı imperaturluğuna hücum etdi.qazandığı çoxlu qabiliyyətlərdən sonra İrana doğru hərəkət etdi.Fars körfəsinə çatmaq üçün Gürcüstan və Qafqazı işğal etməli idi.ancaq bir sıra maneələr, o cümlədən Pyoterin ölümü buna imkan yaratmadı.
İran hakimiyyətinin zəifliyi
Pyotr ləzgilərin üsyanını və Xivə xanını bəhanə edib Simon Avramovu İsfahana göndərdi.Avramov İsfahana çatanda şah Sulta Hüseyn hakimiyyətdən kənarlaşmış və Mahmud əfqan hakimiyyətdə idi.o, ləzgilərdən və Xivə xanından sultana şikayət etdi.Əfqan cavabında dedi:- bunlara nəzarət edə bilmədiyim üçün ruslar onlara nəzarət etsin.(həmin mənbə, 4)
Pyotr 1723-cü ildə Mahmud Əfqanın sözü əsasında İrana hücum etdi.əgər bu dövrdə İran hakimiyyəti zəif olmasaydı, heç bir zaman Rusiya hücum etməzdi.Nadir şahın hakimiyyətə gəlişi ruysları ümidsiz etdi.Nadir osmanlılardan sonra rusların təhdidini hiss etdi.Nadir, İran ərazisindən rusların çıxmasını tələb etdi.Pyoterin canişinləri ordunu İrandan çıxartdılar.Kərimxanın ölümündən sonra ruslar yenidən İrana hücüm etdilər.anacq Aqa Məhəmdxan hakimiyyətini gücləndirdikdən sonra ruslar İrandan çıxarıldı.
1796-cı ildə Katrin, general Zubovun başçılığı ilə Qafqaza hücum etdi.bu hücumda Dərbənd, Bakı, Talış işağl edildi.(Cəmalzadə, 1372, 45)ancaq Qacar ordusu işğal olunmuş əraziyə yaxınlaşdığı zaman ruslar müharibə etmədən ərazini tərk etdilər.Ağa Məhəmmədxanın ölümündən sonra ruslar Gürcüstana hücum etdilər.ruslar Gərginxan və ailəsini Rusiyaya sürgün etdilər.bu hadisədən sonra Rus-İran müharibəsi başladı.
Rusiyanın ərazi iddiası
İran-İraq müharibəsində İraq hakimiyyəti Xurrəmşəhr, Ərvənd və Xuzistan əyalətlərinə sahib olmaq istəyirdi.İran-Rus müharibəsində isə rusiya İran ərazisinə, Gürcüstanı işğal etmək niyyətində idi.
Fransa alimi, Ruso İran və Rusiya müharibəsi haqqında yazır: “İran, rusiya dövlətinə qarşı Avropa ölkələrində müttəfiq axtarır.çünki Rusiya Cənub dənizlərinə sahib olmaq istəyir və buna görə Gürcüstanı işğal etdi.”(Nəcmi,1326:24)
General Qardan yazır: “rusların son hakimiyyəti Gürcüstanı işğal etdi.ancaq əhali İranın hakimiyyətini istəyir.”(həmin mənbə, 25)Gürcüstanın işğalı müharibənin davamına səbəb oldu.
Beynəlxalq şərait
Tarix boyunca İran strateji bir ölkə olub.ipək yolu, şimal, şərq və cənub yollarını qərbə bağlayan ölkə və son on ildə neft, qazın mövcudluğu İranın əhəmiyyətini çoxaldıb.İran II dünya savaşında bitərəfliyi elan etməsinə baxmayaraq müttəfiq qruplar tərəfindən işğal edildi və qalibiyyət körpüsü adlandırıldı.
Rusiya İrana hücum etdiyi zaman beynəlxalq şəraitə də sahib idi.İngiltərə Rusiyanın hücumuna etinasız idi.İngiltərə öz mənafeyi təhlükədə gördüyü zaman Rusiyanın qarşısını alırdı.həmin müharibələrdə İran Rusiyaya qarşı olaraq İngiltərə və Fransa ilə müqavilə imzaladı.hətta bu istiqamətdə osmanlılarla müqavilə imzalamaq niyyətində idi.ancaq Fransa İrana xəyanət etdi və Rusiya ilə saziş imzaladı.
1813-cü ildə İngiltərənin vasitəsi ilə bütün Avropa dövlətləri Fransanın əleyhinə birləşdilər.İngiltərə yalnız Avropada deyil, bütün dünyada sülh yaratmaq üçün çalışırdı.İngiltərə Rusiya və Osmanlı dövləti arasında ixtilafların həllini istədi.İngiltərənin məqsədi İranla Rusiya arasında saziş bərpa etmək və Fransanın əleyhinə Rusiyanın ciddi mövqe tutması idi.(Mahmud, 1344:172)hətta Rusiya və Osmanlı dövlətləri arasında müqavilə imzalandı.(buxarest müqaviləsi, 1812-ci ildə)İngiltərə 1813-cü ildə İran hakimiyyətinə nüfuz edərək Rusiya İran arasında Gülüstan müqaviləsi imzalandı.
Gülüstan müqaviləsində qalib olan Rusiya, İngiltərə dövlətinə minnətdarlığını bildirdi.(Xəşayar, 1359:48)
Qeyd olunduğu kimi Rusiya və İran müharibələrinə və sülhə səbəb beynəlxalq şərait və hegemon dövlətlər idi.
İran və Rusiya müharibələri
Qeyd olunduğu kimi Rusiya Mahmud Əfqan, Nadir şah və Ağa Məhəmdxan dövründə İrana hücum etdi.əlbəttə bu müharibə qan tökmədən sona çatdı.Ağa Məhəmmədxan Qafqazda iqtidarı zəiflədi.İran və Rusiya müharibələri Türkmənçay və Gülüstan müqaviləsinə səbəb oldu.Ağa Məhəmməd xanın qətlindən sonra rusiya Tiflisə hücum etdi.və bu hücum Rusiya və İranın müharibəsinə səbəb oldu.Rusiya güclü orduya sahibidi.
10 il müharibə şəraitində olan İran, müharibələrdə qalib idi.Abbas Mirzənin ordusu “Aslanduz”müharibəsində məğlub oldu və İngiltərənin siyasi təzyiqi altında 1813-cü ildə Gülüstan müqaviləsini imzaladı.bu müqaviləyə əsasən Dağıstan, Gürcüstan, Şimali və Cənubi Qafqazın əksər bölgələri Rusiya tərəfindən işğal edildi.Rusiya və İranın II müharibəsində Türkmənçay müqaviləsi imzalandı.13 il Gülüstan müqaviləsindən sonra 1826-cı ildə Rusiya dövləti Tehrana səfir göndərdi.(həmin mənbə, 37)
Rusiya işğal olunmuş ərazilərdə yaşayan xalqa təzyiqləri gücləndirdi və buna görə bir çox əhali Tehran və Təbrizə gələrək İran hakimiyyətinə etirazlarını bildirdi.
25 yanvar 1826-cı ildə Abbas Mirzənin ordusu Talış bölgəsini və Ləngərutu azad etdi.Gəncə, Dağıstan və Gürcüstan azad oldu.
Beləliklə 3 həftə ərzində İranın işğal olunmuş əraziləri azad oldu.Abbas Mirzənin odusu 8 gün müharibədən sonra 1827-ci ilin 15 oktyabr ayında ruslara məğlub oldu və İrəvan şəhəri ruslar tərəfindən işğal edildi.ruslar Arazı keçərək Təbrizə daxil oldular və beləliklə Türkmənçay müqaviləsi imzalandı.(Mahmud, 87)
İran və İraq müharibəsinə səbəb olan amillər
İraq dövləti Rusiya kimi ərazi iddiası var idi. İraq hakimiyyəti İranın Xuzistanını və Kuveyti işğal etməklə iqtisadi və strateji problemlərini həll etmək istəyirdi.İraq Ərvənd, Xurrəmşəhr, İranın Fars körfəsindəki bölgələrə, Xuzistana  ərazi iddiası var idi.
İran və İraq müharibəsinə səbəb olan amillər:
a.    Sərhəddə yaranan ixtilaflar
b.    İnqilabın yayılması
c.    Beynəlxalq şəraitlər
d.    Ərəb dünyasının rəhbərliyini iddia edən Səddam
Sərhəddə yaranan ixtilaflar
Osmanlı hakimiyyəti dövründə İraq ölkəsi təşkil olmadan öncə İran və İraq arasında sərhədlər arasında ixtilaflar mövcud idi.
İran- İraq müharibəsindən öncə İran və Osmanlı arasında bir çox müharibələr baş verdi.həmin ixtilaflara görə İran və yeni təsis olmuş İraqla ixtilaflar yarandı.
1975-ci ildə Əlcəzayir müqaviləsindən öncə İran və Osmanlılar arasında bir çox müqavilə imzalandı: Amasiyə müqaviləsi(1555), QəsrŞirin müqaviləsi(1639), Gordan müqaviləsi(1746), I Ərzərum müqaviləsi(1806), II Ərzərum müqaviləsi (1847)(Vəldani, 1367:440)
Bu müqavilələrin içərisində II Ərzərum müqaviləsi daha əhəmiyyətlidi.İran və İraq arasında olan ixtilafların mənşəyi II Ərzərum müqaviləsindədir.
II Ərzərum müqaviləsinin əhəmiyyəti:
1. bu müqavilədə İran və Osmanlıların bütün ixtilafları aydındır.
2.ilk dəfə olaraq İranla qonşu qərb ölkələrin sərhədi məlum edildi.
3.ilk dəfə olraq Ərvənd və onun hüquqi statusu haqqında müzakirələr oldu.
4.İran və İraqın indiki sərhədi, bir az dəyişikliklərlə, təyin edildi.
5.İranla İraqın ixtilaflarına səbəb oldu.
6.sonrakı müqavilələr, həmin müqavilələrin əsasında imzalandı.(həmin mənbə, 443)
Əlcəzayir Müqaviləsi(1975)
1347-ci ildə “Bəhs”partiyası hakimiyyətə çatdı.1349-cu ilə kimi iki ölkə arasında mühüm hadisə baş vermədi. İran mənbələrinə əsasən 1347-ci ildə İraq sərhədçiləri iranlı balıqçılara Ərvənddə atəş açdı və onların biri öldü.(həmin mənbə, 448)
Bu hadisədən sonra az-çox İran və İraq arasında ixtilaflar yarandı, o cümlədən 1352-ci ildə İraq “qanlı bazar” hadisəsinə görə Təhlükəsizlik şurasına şikayət etdi.BMT-nin qərarına əsasən iki dövlət ixtilafları danışıq yolu ilə həll etməli idi.
Bu istiqamətdə İran və İraq dövləti İstanbulda danışıqlara başladı.İstanbul danışıqlarından bir ay sonra Əlcəzayirin vasitəsilə Opek iclasında İran və İraq ixtilaflarını həll etdilər.
Əlcəzayir müqaviləsinə İran və İraqın stimulu
1.İranın stimulu
a.    İran İraqla müharibə etməyə qarşı idi.(həmin mənbə, 449)
b.    Hegemon dövlətlər İranla İraq arasında müharibəyə qarşı idi və danışıq yolu ilə ixtilafların həllinə təkid etdilər.hətta Amerika İranı təhdid etdi.əgər müharibə olsa, İrana silah göndərməyəcəyini söylədi.
c.    İranda baş vemiş üsyanları sakitləşdirmək.
2.   İraqın sülhə olan marağı
a.    Kürd məsələsi: kürdlərlə müharibə İraqın iqtisadi və hərbi mövqeyini zəiflətdi.
b.    İraq kürdlərlə müharibə vəziyyətində olduğu üçün İranla müharibə etmək istəmirdi.Səddam bele iddia etdi:-“ iki ölkə arasında-İran və İraq-müharibə olcaq idi.ancaq biz müharibə yerinə sülh etdik.(Əbdülxani, 1998, 155)
c.    Ərəb dünyasının lideri olduğunu iddia edən Səddam: bu iddiaya görə İranla müharibə etməkdən vaz keçdi və hakimiyyətini gücləndirdi.
3.İran və İraqın ortaq mövqeleri
a.    Hər iki ölkə Fars körfəsindən xarici ölkələrin uzaq olduğunu istəyirdilər.şah bu haqda deyir:- biz ikimiz (şah və səddam)məntəqədə üçünçü ölkənin mövcudiyyətini istəmirik.(Kristian, 1975,25)
b.    Opekdə birliyin yaranması və Opek iclasında saziş imzalandı.Əlcəzayir müqaviləsinin imzalanmasında hər iki ölkənin iqtisadi mənafeyi nəzərdə alınmışdır.(Vəldani: 500)
İslami İnqilabdan sonra 1980-ci ilin 17 sentyabr ayında İraq dövləti birtərəfli olaraq imzalanan müqaviləni pozdu.və beş gün sonra 22 sentyabrda İraq İrana hücum etdi.
İraqın məqsədi müharibədən bunlar idi:
A.   Ərzi iddiası: İranın ərazisini işğal etməklə ölkədə yaranan strateji böhranı həll etmək idi.İran hakimiyyətini dağıtmaq, Fars körfəsinə sahib olmaq, Ərəb dünyasına rəhbərlik etmək.(həmin, 508)
1975-ci ildə imzalanan müqaviləni birtərəfli olaraq İraq dövləti tərəfindən ləğv edilməsinə səbəb:
1.    İran tərəfində müqavilənin ləğv edilməsi
2.    1975-ci ilin müqaviləsinə əsasən bir sıra ərazilər İraqa qaytarılacaq idi.İran əhdinə vəfa etmədi.
3.   İran hakimiyyəti Xuzistan ərəbləri ilə sərt davranması
4.    Fars Körfəsində yerləşən üç Ərəb adasını İraq dövlətinə qaytarılmaması.(Tareq Əziz, 1981:790)
B.   İslami İnqlabın yayılması
İran İslam İnqilabı qalib gəldikdən sonra hegemon dövlətlər tərəfindən İran İslam respublikası məntəqəyə təhlükəli bir ölkə olduğu elan edildi və İslam İnqilabı başqa ölkələrdə yayılmasından təhlükə hiss etdilər.(Sazmənd, 53)
İsalmi İnqilabın yayılmasından məqsəd müsəlmanları öz vəziyyətlərindən və İslam dinindən məlumatlandırmaqdır.
C.   Ərəb dünyasınının rəhəbrliyini iddia edən Səddam
İranda şah rejimi dağıldıqdan sonra məntəqədə qərb yönlü quruluş dağıldı.
Riçard Nikson bu haqda deyir:- İranın yerini hansı ölkə doldura bilər?Fars körfəsində güclü orduya sahib olan yeganə ölkə İraqdır.Amerika dövləti İraqla əlaqələrini möhkəmləndirmək üçün özünə məxsus səbəbləri var.(Nikson, 1362, 140)
əlbəttə bundan əlavə məntəqədəki ölkələrin zəifləməsi İraqın üstün olmasına səbəb oldu və şah rejimi dağıldıqdan sonra məntəqədəki ölkələr onun yerini doldura bilmədilər.(Vilayəti, 1376, 55)
Ərəbistanda mövcud olan problemler:1969-cu ildə Ərəbistandakı hakimiyyəti  respublikaya dəyişmək istəyən hava qüvvələri, 1977-ci ildə İraqın yardımı ilə dövlət çevrilişi, Ərəbistan şiələrinin etirazları, 1979-cu ildə Allahın evinə hücum və işğalı.(Xavərmiyanə jurnalı, 1980, 177)
ən böyük Ərəb ölkəsi olan Misir, 1978-ci ilin 17 sentyabr ayında İsrailin mövcudluğu qəbul etdiyi üçün Ərəb dünyasından qovuldu.(İnter Prayiz:1978, 545)
Suriya Livanda yaranmış vəziyyətlə məşğul idi.başqa bir tərəfdən isə 70-ci illərdə məntəqənin ən güclü ölkəsi olan İran, ölkənin daxili vəziyyəti ilə məşğul idi.(Vilayəti, 55)
1979-cu ildə 24 milyard dollar neftin ixracatından İraqa gəlir daxil oldu.məntəqədə yaranmış vəziyyət İraqa imkan yaratdı.və beləliklə İraq Ərəb dünyasının rəhbərliyini iddia etdi.Amerika və Rusiya tərəfindən heç bir maneə ilə üzləşməyən İraq, İrana hücum etdi.
Nəticə
İran-Rus və İraqın İrana qarşı müharibəsi müxtəlif zamanlarda baş verməsinə baxmayaraq müharibəyə səbəb olan amillər və beynəlxalq şərait hər iki dövr üçün oxşar cəhətləri var.
İran-Rus müharibəsində İran hakimiyyəti və xalq arasında birlik olmadığına görə İran müharibələrdə məğlub oldu.ancaq İraqın hücumunda xalq və dövlət arasında birlik olduğu üçün İran müharibədə qalib gəldi.biz hər iki müharibədə qonşu ölkələrin ərazi iddiasını görürük.bu mövcu İranın strateji baxımdan nə qədər əhəmiyyətli olduğunu göstərir.
İran və rus müharibələrində İranın daxilində olan hərc-mərcliyə görə müqavilələr(Gülüstan, Türkmənçay) imzalandı.ancaq İraq-İran müharibəsində ölkədə olan birliyə görə ərazimizin bir fayizi bele işğal olmadı.
  • Yazılıb
  • da (də) 2010 Jan 31