Tarix : 2010 Feb 02
Kod 16015

Saakaşvili ölüm təhlükəsi ilə üzləşib

Gürcüstan prezidenti Mixail Saakaşviliyə qarşı sui-qəsd oluna bilər
Gürcüstan Servisi/Aran Agentliyi

FaktXəbərin verdiyi məlumata görə, Gürcüstan prezidenti Mixail Saakaşvili  ölüm təhlükəsi ilə üzləşib. Belə bir bəyanatla bu ölkənin sabiq xarici işlər naziri Salome Zurabişvili çıxış edib. Onun fikrincə, prezidentin yaxın çevrəsi onun siyasi perspektivinə inanmadığı üçün belə bir varianta əl ata bilər. Salome Zurabişvili həmçinin dövlət başçısını ehtiyatlı olmağa da çağırıb. "Hakimiyyət komandasında Saakaşvilinin siyasi gələcəyinin üstündən xətt çəkildiyini düşünənlər var. Hər halda bunu istisna etmək olmaz. Ona görə də Saakaşvilinin yaxın çevrəsi onun aradan götürülməsi prosesinə start verə bilər. Buraya prezidentin qətlə yetirilməsi variantı da daxildir", - deyə sabiq nazir bildirib.

  • Yazılıb
  • da (də) 2010 Feb 02