Gürcüstan Servisi/Aran Agentliyi
FaktXəbərin verdiyi məlumata görə, Gürcüstan prezidenti Mixail Saakaşvili ölüm təhlükəsi ilə üzləşib. Belə bir bəyanatla bu ölkənin sabiq xarici işlər naziri Salome Zurabişvili çıxış edib. Onun fikrincə, prezidentin yaxın çevrəsi onun siyasi perspektivinə inanmadığı üçün belə bir varianta əl ata bilər. Salome Zurabişvili həmçinin dövlət başçısını ehtiyatlı olmağa da çağırıb. "Hakimiyyət komandasında Saakaşvilinin siyasi gələcəyinin üstündən xətt çəkildiyini düşünənlər var. Hər halda bunu istisna etmək olmaz. Ona görə də Saakaşvilinin yaxın çevrəsi onun aradan götürülməsi prosesinə start verə bilər. Buraya prezidentin qətlə yetirilməsi variantı da daxildir", - deyə sabiq nazir bildirib.